< < < Naser Nasiri, keçmiş deputat: Müharibə təbilini çalmaq millətə qarşı zülm və xəyanətdir - Tribun تريبون <

Tribun Logo

Ir Az 5Naser Nasiri, keçmiş deputat: Müharibə təbilini çalmaq millətə qarşı zülm və xəyanətdir

 Fars dilindən tərcümə: Səməd Bayramzadə

Mənbə: http://irdiplomacy.ir/fa/news/2018457/کوبیدن-بر-طبل-جنگ-ظلم-و-خیانت-در-حق-ملت-است

İran diplomatiyası: Bu günlərdə çevrələrdə və sosial şəbəkələrdə Azərbaycan Respublikasına qarşı kəskin hərəkat gedir və Azərbaycanın şiə xalqını təhqir etmək İran azərbaycanlılarının qəzəbinə və təhrikinə səbəb olur. Azərbaycan xalqı arasında həm uğurlu, həm də populyar olan bu ikisinin, cənab İlham Əliyevin və xanımı Mehraban Əliyevanın təhqir edilməsi diqqət mərkəzindədir. Bu hücumlar Zəngəzur dəhlizi bəhanəsi ilə həyata keçirilir, Bununla belə, aktiv spektrin aydın olduğunu və digər tərəfdən “Zəngəzur” layihəsinin xüsusi maneələr olmadan həyata keçirildiyini nəzərə alsaq, məqsəd ictimai rəyi bəzi məsələlərdən yayındırmaq, etnik hərəkatları və pantürkist fəaliyyətləri konkret bir məqsəd üçün qızışdırmaq ola bilər. Əgər belədirsə, onlar pis mənzil seçiblər və bu, daha böyük böhrana səbəb ola bilər, ona görə də daha uyğun mənzil və nəhayət, düzgün əlac axtarmaq daha yaxşıdır.

Əgər bu davranışın arxasında başqa məqsəd dayanmırsa, qeyd etmək lazımdır ki, Araz çayının hər iki sahilindəki insanların mədəni və etnik bağları qırılmazdır. İran azərbaycanlıları isə Arazın o tayında olduğu kimi Qarabağın azadlığına da sevinirlər.

Görkəmli siyasətçi, mərhum Heydər Əliyevin oğlu İlham 17 illik səbri, hazırcavablığı, düzgün idarəçiliyi və düşünülmüş siyasəti ilə Azərbaycanı təkmilləşdirməklə, inkişaf etdirməklə yanaşı, hərbi qüdrətini də o dərəcədə yüksəltmişdir ki, atasının vəsiyyətinə əməl edərək, 44 günlük müharibədə ölkəsini azad etdi və ölkəsini daha yaxşı vəziyyətə gətirdi, Ermənistanın işğalı altında olan zaman onların cinayətlərinə və qətliamlarına məruz qalan, acınacaqlı bir vəziyyətə düşmüş Qarabağın böyük bir hissəsinə nəzarət edə bildi, Rusiyanın vasitəçiliyi ilə hər iki hökumət, Azərbaycan və Ermənistan  razılaşdılar ki, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin Ermənistanla əlaqələri Laçın dəhlizi vasitəsi ilə, Naxçıvanın Azərbaycanla, Bakı ilə əlaqəsi isə Zəngəzur dəhlizi (Stalin dövrünə qədər Azərbaycana məxsus idi) vasitəsilə ilə qurulmalıdır.

İlhamın əməlləri tərəfimizdən bəyənilsə də, bəyənilməsə də, onun müsbət əməlləri və böyük uğurunu və ya xalqı arasında populyarlığı inkar oluna bilməz, onun həyat yoldaşı Mehraban xanım isə mədəni və sosial sahələrə, müstəqilliyə istiqamətlənmiş sevgini təbliğ etməklə xüsusi populyarlıq qazana bilmişdir. Buna görə də, onarı təhqir etmək, alçaltmaq, pisləmək və onlar haqqında cəfəngiyyatlar danışmaq nəinki işə yaramayacaq, həm də bunları edən adamın əclaf olmasına səbəb olacaq.

Amma bəzi ekspertlər hesab edirlər ki, Zəngəzur dəhlizi İranla Ermənistan arasında sərhədi götürməklə İranın təhdid və güc əvəzinə öz maraqlarını danışıqlar yolu ilə axtarmasına səbəb olacaqdır. Çünki təhlükənin müsbət nəticəsi olmayacaq. Daha doğrusu, Rusiyanın imzası ilə iki ölkə arasındakı razılığı, üç dünya dövlətinin Avropa ilə Asiya arasında birləşdirici amil kimi inşa edilməsi nəzərdə tutulmuş Zəngəzur layihəsini qəbul etməsini, Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh və ünsiyyətə ehtiyacı olduğunu nəzərə alaraq (Paşinyan da dünən sülhün imzalanmasını vurğuladı), İran bu layihəni həyata keçirilməsinə, bu dəhlizə mane ola bilməz. Ermənistan İranla 41 km-lik sərhədini bağlamağa məcbur ola bilər və o zaman biz daha çox təcrid olunmuş olacağıq. Amma dostluq və Türkiyənin regional birlik təklifi çərçivəsində İran da daxil olmaqla bütün region ölkələri sülh və dostluq layihəsi və iqtisadi açar kimi Zəngəzur dəhlizini özləri üçün böyük bir fürsətə çevirə bilər.

Əgər biz fayda axtarırıqsa, rasional və ehtiyatlı davranmalıyıq. Dar düşüncə ilə 40 milyona yaxın azərbaycanlını ölkənin (İranın) siyasi sferasından kənarlaşdıranlar və türk dilini bilmədən Azərbaycan və Türkiyədə çalışan səfirlərimiz yanlış siyasətlərlə qardaşlıq sərhədlərini təhlükəyə çevirdilər. Kaş ki, bizim də Azərbaycana qarşı mövqeyimiz həmişə dost olmağa çalışan cənab Əliyevin İrana münasibəti kimi olaydı! İlham Mehrabanın əlindən tutub Xodafərin körpüsünün sütununa söykənərək, “Bu körpü dostluq və qardaşlıq körpüsüdür” deyəndə, onlar silah kamerası ilə çəkilmiş şəkli dərc ediblər. Amma İlham yaramaz vəsvəsələrə boyun əymədi. Əksinə, 10-larla nalayiq hərəkətlər, hətta son vaxtlar səfirliyə qarşı çirkin hücum, hələ də cinayətkarın məhkəməsi və ya cəzalandırılmasından xəbərin olmaması, ona bəraət qazandırmağa çalışmaları bu prezidenti dostluğa qarşı danışmağa vadar edə bilmədi. Amma bütün axmaqlıqların və ya xəyanətlərin əvəzini xalq ödəyir və bu gün Astara, Biləsuvar və Araz azad zonasının vəziyyəti acınacaqlıdır və Azərbaycanın həyata keçirdiyi Rəşt-Ənzəli-Astara dəmir yolu layihəsi bağlanıb, Ərdəbil azad zonası və Aslandüz quru limanının müzakirəsi də mənasızdır.  

Azərbaycanla müharibənin asan iş olduğunu düşünənlər Ermənistan yüzlərlə şiə kəndini dağıdıb, camaatını qırıb, məscidlərini dağıdanda dini jestlərlə boyun damarlarını şişirdib kobudluq və ədəbsizliyə əl atanların bəs o zaman qürurları harda idi? Azərbaycanın şəhərlərindən biri olan İrəvanda müsəlman yoxdur ki, bu gün mübarək ramazan ayında o şəhərin 2000-lik məscidinin xadimi, ya imamı olsun?

Cinayətkar Ermənistanı və Sərdar Süleymaninin qatili Trampın tərəfdarlarını dəstəkləməklə Azərbaycandakı şiə bacı-qardaşlarımızı hədələməyə qeyrətiniz var?!

100 milyona yaxın əhalisi olan Azərbaycan və Türkiyə ilə 1200 kilometr qardaş sərhəddini niyə 3 milyonluq Ermənistanla 41 kilometrlik sərhədə qurban verirsiniz?! Milli maraqlar axtarırsınız?! Bu kiçik sərhəddə etdiyiniz sövdələşməni 1200 km-də edə bilmirsiniz?! Əmin olaq ki, qardaşlıq sərhədlərini itirməklə bu 41 km-i də itirəcəyik.

O qədər pis, nahaq sözlər deyirssiniz, nalayiq sözlər işlədirsiniz, amma müqabilində cənab Əliyevdən bir yersiz söz eşitmirsiniz. Durun, daha bu milləti incitməyin. Narazılıq, böhran cəmiyyəti bürüyüb, insanlar yoxsulluqdan, problemlərdən, müharibədən yorulublar, iyrənirlər, yaşamaq istəyirlər. Müəllimlər martın 20-də maaşlarını həmişəkindən daha aşağı alıblar. Yanlış siyasətlərlə orta təbəqə və işçilər yoxsullaşıb, insanlar boğulurlar. Siyasəti öz halına buraxın ki, millət nəfəs alsın. Maraqların və inkişafın təmini müharibə ilə həll oluna bilməz. Azərbaycanla gərginlik yaratmağın ilk nəticəsi Türkiyənin dünən İraqla Fars körfəzinə çıxmaq və İranın marşrutunu aradan qaldırmaqla bağlı razılaşmasıdır. Azərbaycanla gərginliyi çox gec olmadan dostluğa və qardaşlığa çevirmək lazımdır.

مطالب مرتبط