Azərbaycan 10
Azərbaycan 12
Settar Sevgin:
“Azärbaycan Därgisi”
Aşağıdakı yazı,
1992-1993 illərində Stockholmda çıxan,
Azärbaycan Därgisi ilə bağlantılıdır.
~~~~
Türk dilli olan bizləri sevməyən farslar, bizlərdən bərk acılqarı gələn farslar,
farslara yaltaqlıq eyləyənlər ilə fars olmaya-olmaya farslıq-farsçılıq oynayan kimsələr, İrandan ayrıla bilməyən Güney Azərbaycanda, 40 milyonluq biz türklərin ana dilini pisləyə-pisləyə, bütün türkləri pilsəyə-pisləyə, türk dilinin yazılıb oxunulmasını yasaqlayaraq, fars dilini biz türklərin beyninə yerləşdirmişlər.
Farsları tanıyanlar yaxşı bilərlər, farslar ilə farsçılıq oynayanlar, özlərindən başqa, kimsəni sevməz, kimsəyə sayğı duymazlar. Düşününüz, indiyə kimi, farslardan, farsçılıq edənlərdən kimsə qalxıb Güney Azərbaycanda türk dilinin okullarda yazılıb oxunmasının gərəkli olduğu dilə gətirib savunmamışdır!
Bu yazını oxuyan, sözdən anlayan, Siz yurd sevər bacılar, qardaşlar, Siz özünüz bu yazılanlara tanıq olmamış isəniz, Güney Azərbaycanda okula getmiş olan yurddaşlarımızdan soruşunuz; Güney Azərbaycanda okulun ilk ilinə başlayan uşaqlara, okula getmədən öncə 6-7 il türkcə danışmışkən, okulun ilk günündə, öz ana dilləri olan türkcə öyrədilməkdənsə, özgə bir dil olan, fars dili öyrədilməyə başlanır. 6-7 yaşında bir uşaq, bunca il ana dili olan türkcə danışaraq türkcəni öyrənməyə başlamışkən, özgə dil olan fars dili ilə qarşı-qarşıya qoyulduğunda, öncə çaşıb qalır! Nə baş verdiyini başa düşmür. Sonra isə, özünə öz türk dilinin özəllikləri öyrədilməsi unutdurulub, fars dilini, fars dilinin yalanlarını öyrədilməyə başladılır. Beləliklə də, farslar, türk uşaqları üstündə böyük bir beyin yuma sürüci başlatmış olurlar. Okullarda, farsın, türkləri pisləmək, türkləri kiçiltmək, türk dilini pisləmək, türk dilini küçümsəmək; farsları isə öymək, böyük göstərmək beyin yuma işləri başladılır. Beləliklə də fars dili, 6-7 yaşlarında olan türk uşaqlarının beyninə yerləşdirilir.
Azərbaycanda türk dilimizin farslar ilə ruslarca yasaqlanmış olmağı, türkcəmizi get-gedə, gündən-günə yoxsullaşdırmaqdadır. Düşününüz, bu gün, istər yurdumuzun güneyində, istər quzeyində kimsə farsca-rusca sözlər işlətmədən danışa bilmir də, yaza bilmir də. Özəlliklə, dilimizin pozulmuş olması baxımından, ən qorxunc olay isə farscanın: ki; çün; çün ki; çünki; çünkü; kaş; kaş ki; ta ki; həm; həm . . . həm; nə . . . nə; . . .; . . . ; . . . ; kimi bağlayıcılarını işlətməyimizdir!
Yazıq biz türk dillilərə! Bu gün Güney Azərbaycanda da, Quzey Azərbaycanda da, kimsəmiz farsca bağlayıcıları işlətmədən danışa bilmir də, yaza bilmir də! Düşününüz, yurddaşlar, bundan qorxunc daha nə ola bilər!
Farslar ilə farsçılıq edən kimsələrin türkcəmizi yasaqlamaları utanc verici işdir; böyük suçdur; üz qızardıcı bir işdir.
Doğrusu, türkləri pisləyən, türk dilini pisləyən farslar ilə fars olmaya-olmaya farsçılıq oynayan kimsələr, bu işlərindən utanmalıdırlar!
Ancaq, bildiyiniz kimi, farslar bu işlərindən utanmaqdansa, biz türkləri pisləməkdə, türk dilimizi pisləməkdə, önlərinə “ətli sümük” atılmış olan itlər kimi sevinib-sevinib bir-birinə quyruq bulayırlar da!
Azərbaycalıların farsçı iş başlarında olanlarca yasaqlanmış olan türk dillərinin yenidən yazılıb oxuna bilməsi uğrunda minlərcə yurddaşımız yorulmadan, ölümə belə getməyi gözə ala bilərək, çalışmaqdadırlar.
Belə dəyərli çalıqan yurddaşların yeridiyi dəyərli yolda, türk dilinin fars dili tutsağından qurtulması uğrunda, Azärbaycan Därgisi adında yazılar toplusu da, 6 yurd sevər yoldaşın bir araya gəlməsi ilə, 1992-ci il ilə 1993-cü il arası, geniş bölümü latın ABC-si, bir bölümü isə ərəb ABC-si ilə basılaraq, Stockholmda çıxarılmışdır.
Azärbaycan Därgisinin latın ABC-ci yazılarında, Ə (ə) səs göstəricisi işlətməkdənsə, Ä (ä) işlədilmişdir. Ayrıca, därginin sayılarının birində də, Ä (ä) səs göstəricisinin, Ə (ə) səs göstəricisindən daha uyğun olduğu ilə bağlantılı qısa bir yazı çıxmışdır.
Bu arada, Ä (ä) ilə Ə (ə) səs göstəricilərindən söz açılmışkən, aşağıdakı sözləri də Siz dəyərli yurddaşlara bildirmək istəyirik.
Settar, [2024-01-12 01:16]
Azärbaycan Därgisi yazçıları dərginin çıxmağını sürdürə bilsəydilər, Azärbaycan Därgisi də, Ä (ä) deyil, güney ilə quzey arasında ikilik olmasın deyə, birlik olsun deyə, birlik uğruna, Quzey Azərbaycanda işlədilməyə başladılmış olan Ə (ə) səs göstəricilərini mənimsəyib işlədəcəkdilər.
Başlanğıcda böyük istəklə çıxarılmağa başlayan Azärbaycan Därgisinin, yetərli ölçüdə, oxuyucu tapa bilməmək nədəni ilə basılıb çıxarılmasına 1993-cü İl son qoyulmuşdur.
Azärbaycan Därgisinin, basılıb, çıxarılıb, yurddaşlar arasında yayılmış olmağının nədənləri: 1) fars-rus rasistlərinin ana yurdumuz Azərbaycan türk yurdunu öz aralarında bölmələrini; 2) fars rasistlərinin Güney Azərbaycanda, Azərbaycan türkcəsinin yasaqlamış olduğunu; 3) ərəb ABC-sinin türk dillərinə uyğun olmadığını; 4) latın ABC-sinin türkcəmizə ən uyğun olduğu, yurddaşlarımıza bildirməkdi.
Sözüz-quşqusuz, Azärbaycan Därgisinin artıq çıxarılmamağı çox üzücüdür! Yenə də, dərginin yazılarını yazıb, basdırıb, çıxaran 6 yurd sevər yurddaşın, adlarının burada verilməsi gərəkməzkən, arxadaşlıqları-yoldaşlıqları, yurd sevərlikləri, öncə olduğu kimi, ində də sarsılmaz olaraq qalmaqdadır. Bu yurddaşlar indi də, türk dilimizin Güney Azərbaycanda genişliklə yazılıb oxunulmasını umudu ilə yaşayırlar. Bu önəmli yolda, türk dilinin qurtuluşu uğrunda, çalışan bütün yurddaşları, türk ulusunun fars basqısı altından qurtulması uğrunda yorulmadan çalışan bütün yurddaşları da ürəkdən alqışlayırlar!
Bu sözləri oxumuş olan Siz yurd sevər bacılarımızın, qardaşlarımızın da Azərbaycan türklərinin, Azərbaycan türkcəsinin fars basqısından qurtulmaq uğrunda yorulmadan çalışmağınızı diləyirik! Çalışmalarınız uğurlu olsun! Yolunuz açıq olsun!