Tribun Logo

Nadire2“Bəziləri üçün bəlkə də bu yazılar dəyərsiz sayıla bilsin, lakin onları hazırlamaqda çox əziyyət çəkmişəm. Bu üzdən də onlara laqeyd qala bilmərəm. Üstəlik, bir məhbusun bundan artıq ərməğanı ola bilməz...”

 “S.C.Pişəvəri”

Pişəvəri uzun müddət inqilabi və jurnalistik fəaliyyətindən sonra iyirminci əsrin 30-cü ilində Rza şah rejiminin həbsxanasında bu romanı yazmışdır. O, kitabın orginal(farsca) nüsxəsinin cildində həbsin ikinci ilindən başlandığı yazılmışdır.

Pişəvəri həbsxanada vaxt tapıb bu romanı yazmaqla o dövrün istibdad hakimiyyətinin törətdiyi sosial–iqtisadi problem və faciələrini bədii formada bəyan edə bilmişdir. Çünki, məhbəsdə o dövrün sosial şəraitini açıq  şəkildə yaza bilməzdi. Demək olar ki, “Nadirə” sosializm düşümcəsinin gercəkləşməsi fonunda yazılan bir romandır. Beləki, Pişəvəri o elmi məktəbdən öyrəndiyi düşüncəyə əsaslanaraq İranın o dövrdəki ictimai şəraitini bədii formada analız etmişdir.

Bu romanda hadisələr, ictimai münasibətlər və müxtəlif obrazlar( şəxsiyyət tiblər) elə düzülmüşdür ki, iyirminci əsrin birinci yarsında ictimai vəziyyətini gerçək şəkildə bəyan etməkdədir.   

Başqa sözlə desək şərq stibdadi və qərb müstəmləkəçiliyi ənənələrini bariz şəkildə bəyan edir. Yəni Pişəvərinin romanı bir növ o dövrün gerçək həyat tərzinin göstəricisidir. Bu isə iki əsasda, yəni  Oktyabr inqilabından doğan realizm və nikbin idealizmdə özünü göstərməkdədir.

“Nadirə” romanı başdan-başa üçüncü dünya ölkəsində xüsusi mülkiyətin törətdiyi cinayət və qəddarlıqla doludur. Bu ölkənin hakimiyyəti geriçi ənənəyə söykənərək, vətəndaşların həyat tərzini cəhənnəmə çevirmişdir.   Bu ictimaiyyətdə sosial münasibətlər təkcə yoxsulları deyil, hətta, kapital sahiblərini də onlarla bərar şəkildə  məhv etməkdədir.

Bu romanda komprator burjuazıya İranın ümumi ictimai storukturu ilə birlikdə ölkənin gələcək hakimiyyət sistemini formalaşdırmaqda böyük rol oynayacağını bədii obrazda, yəni onun görkəmli nümayəndəsi olan hacı Qasım şəxsiyyətində öz əksini tapmış. Bu yazının mərkəzində onun mənfi bir obraz olduğu nümayiş etdirilir. Lakin hacı Əbdülsəməd Rəşti, Mirzə Mehdi İsfahani da burjua sinifinə aid olmaslarıına baxmayaraq romanda haşiyədə yerləşimişlər. Hacı Qasım Tehranı böyük tacirlərindən biri olaraq idxal-ixracla məşğul olur. O, müxtəlif xaricdən məhsulların idxalı və ölkədən isə kənd təsərrüfati malların ixraci ilə məşğul olur. Habelə daxili bazara da nəzarət edir.

Pişəvəri ictimai tipləri tanıtdırmaqda çoxlu roman şəxsiyyətlərinin dialoqundan istifadə edir. Misal üçün tacir Mirzə Mehdi İsfrahaninin xarakteri haci Qasımın dili ilə belə izah olunur.

  • “... Bəli mən Mirzə Mehdini yaxşı tanıyıram. O, çox bic və hoqqabazdır. Baxmayaraq ki, bu gün onun işləri qaydasındadır, lakin bütün qardaşları şarlatan və nadürüst adamlardır. İndiyədək onlarından doğru bir söz eşidilməmişdir. Çörəyi günün məzənnəsi ilə yeyirlər. Bir neçə il öncə ərəb və Ənsar tayfasından olduqlarını iddia edirdilər. Bir neçə müddətdən sonra Ərdəbilli və ya bir neçə vaxt da isfahanlı olduqlarını iddia etdilər. Eşitdiyimə görə indi də özlərini rus vətəndaşı- Qafqazlı kimi tanıtdırırlar.(Nadirə. 6-7 s)

Pişəvəri bu sinifin maraqları barədə belə yazır:

  • “ Amma hacı Qasım hər kəsdən artıq yaranan bu fövüladə vəziyyətən çox sevnirdi. Çünki, qazanc məqsədi üçün əlverişli şərait yaranmışdı. O, bu iqtisadi qıtlıqdan böyük gəlir əldə edə bilərdi. Oun məqsədi ərzaq mallarını ölkənin mərkəz və böyük şəhərlərindən alaraq, anbarlarında toplayıb, ehtikar etməklə əzaq bazarında inhisari(monopoliya) əlində saxlayıb və istədiyi qiymətə satmaqla böyük gəlir əldə etmək idi. Üstəlik, Əhməd ağadan tələbi əvəzinə onun malikanəsini ələ keçirmək və Əhməd ağa ilə qohum olmaq onun ictimai mövqeyini gücləndirirdi.(nadirə. 23-24 s)

Pişəvəri dolayı yolla vətən sevməyən yeni meydana atılmış dəllal sinifin necə yaranmasına işarə edir. Beləki, İran ölkəsində bu sinif ictimai-tarixi münasibət baxımından ardıcıl şəkildə nəsildən-nəsilə kapital qoyuluşu davam edə bilməməsi və ictimai münasibələr normal şəkildə inkişaf edə bilməməsi əsərdə öz əksini tapmış:

  • “... demək olar ki, hacı Qasım arvadı Şükufə ilə məsləhətləşirdi. Çünki o, hacının yoxsul və bədbəxt günlərində onunla yoldaş olmuşdu. Bəlkə də 30 il bundan öncə bu günkü tacir və o günkü yaramaz dəllal Qasımı aclıq, səfalət və ölümdə xilas etmişdi. Demək olar ki, bu günkü hacı Qasım ağa olmasında Şüküfəyə borclu idi.”(Nadirə. 206 s)

   Yazıçı komprador və dəllal burjuazıya mənsub iki nümayəndə, yəni hacı Qasım ağa və Mirzə Mehdinin oğlu Ağadadaş arasına gedən dialoqda onların əhval-ruhiyyələri və sinifi maraqların, yəni onların əxlaqa zidd olan dəllal xaraqderlərini fürsətələblik və sonda prakmatist olduqlarını nümayiş etdirir. Bütün hallarda nə yolla olur-olsun bu yeni yaranmış sosial sinifin məqsədi çoxlu gəlir əldə etməkdir.

Hacı Qasım və Ağadadaş arasında olan dialoq bu dəllal burjuaziya nümayəndələrin necə gəlir əldə etməsinin göstəricisidir;

  • “ ....Rahat olun, mən öz həmvətənlərimi yaxşı tanıyıram. Bu ölkədə kimsə bacarqlı olarsa irəliyə gedər. Şükür olsun, biz də kimdənsə əskik deyilik. Biz tacirik. Hər bir tacir hər şeydən əvvəl qazancını düşünür.Dünən onlar güclü idilər, gəlir əldə etmək üçün onlarla bir yedə idik və vətəndaşlıqlarını qəbul edib, ordularını ərzaqla təmin edir, dost-düşmənlərini tanıtdırırdıq. Bu gün ya sabah başqa bir güc tapılarsa biz ona yaxınlaşaraq önünə düşüb dost olduğumuzun daşını sinəmizə vururuq. Ticarət ofisimizin yuxarı başında onların bayrağını qaldırırıq. Bizə fərq etməz, hansı yolla olur-olsun məqsədimiz qazanmaqdır. Məgər kimsənin alnında yazılır hansı zaman Rusun və ya başqa dövlətin təbəəsi olub?! Yaxud Qulpayqanlı hacı Qasım nə vaxtsa İstiqrazi bankina vasitəlik etməkdə dəllarlar arasında birinci yerdə olub.” (Nadirə. 231-232 s)

Demək olar ki, Pişəvəri ölkədə komprador burjuazıyanın yaranmasının səbəbini beynəlxalq sistemin iş bölgüsündə İranın haşiyə bir dövlət olduğu da görür. Yəni İran istehsal burjuazıyası inkişaf etmədiyi üçün feodalizmdən kapitalizmə keçid mərhələsində müstəmləkəçi və inkişaf tapmış Qərb dövlətlərinin  məhsullarının ölkəyə idxalında yeni bir sinifin yaranması labüd idi və bu da vasitə ya komprador burjuaziya olmalı idi. Çünki milli burjuaziyanın istehsal etdiyi məhsul xarici məhsullarla rəqabət gücünə malik edildi. Beləliklə də o dövrdə milli burjuaziya yox olmağa məkum idi. “Nadirə” romanında biz Əhməd ağa simasında milli burjuaziyanın nümayəndəsinin necə məhv olub aradan getməsinin şahidi oluruq. Əhməd ağa tacir övladı olaraq Fransada təhsil almış və o ölkənin necə inkişaf etməsini öyrənmiş, sənaye burjuaziyası nümayəndəsi sifətində ölkədə fabrik və zavod qurub milli məhsul istehsal etmək istəmiş, lakin müvəffəqiyyət əldə etmədiyi üçün bankrot olmuşdur. Pişəvəri bu haqda hacı Qasımın dilicə belə yazır:

  • “ ... Ələmdar, manatları almaqda çox yaxşı iş görübsən. Qərbpərəst axmaq kişi sonda bankrot olacaq. Öz başısoyuqluğunun cəzasını çəkəcək. Axmaq, güman edir ki, İranda Avropadır, İstehsal üçün fabrik və başqa müəssisələr təsis edir. Bu müəssisələr üçün ofis açır, cürbəcür katibələr işə götürür və avtomobil alır. Həqiqətən bu qərbpərəst axmaqdır.”( Nadirə. 6 s)

Məncə Nadirə romanına İranda o dövrürkü sosial sinif və münasibətlərin güzgüsü desək yanılmarıq. Yazıçı bu romanda dərin və real bir baxışla üçüncü dünya ölkənin ictimai sistemin dərinliyinə vararaq həmin sinifin  sosial həyat tərzinin inkişaf prosesinin qarşısını almağa necə təsir etdiyini ictimaiyyətə açıqlayır. Bu yazıda həmin təbəqənin-əşrafiyyət burjuaziyasının başqa bir nümayəndəsi hacı Əbdülsəməd Rəştinin xarakteri barədə hacı Qasımın dilindən belə izah olunur:

  • “ ... Aha tanıdım. Şişman və yekəbaş adam deyildi? Ya siqaret çəkir ya da bir şey yeyirdi, yaxud gülürdü?
  • Təsadüfən hər üç işi də görürdü. Oturan kimi siqaret çəkdi. Hər sözün başlanqıcında gülürdü, ofisdən çıxarkən də ağzı tərpənirdi, deyəsən bir şey yeyirdi!
  • Rəştilərin bəziləri axmaq adamlardır. Xüsusilə hacılar qoca vaxtında qərbpərəst olurlar. Onlar qolstuq, odikolon və bu kimi şeylərdən əlçəkmirlər.”( Nadirə. 7 s)

Hacı Əbdülsəməd Rəşti burjua-feodal sinfin tipik nümayəndəsidir. O dövr bu ölkənin sosial-iqtisadi şəraitinə bu təbəqə hakim idi. Demək olar ki, bu mövzu Nadirə romanının özəl xüsusiyyətlərindən sayılır. Eyini halda  İranda yeni formalaşmış komprador burjuaziya ilə feodal-burjuaziya sinfinin o günkü sosial əlaqələrini göstərir. Əlbəttə Qərb ölkələrində burjuaziya feodalizm münasibətlərinə qarşı olmuş, lakin əksinə olaraq İranda bu iki sinif öz mənfəətlərini qorumaq üçün birlikdə xalqa qarşı çıxmışlar.

Ona görə də Nadirə romanında o dövürdkü bir neçə burjuaziya tipindən söz gedir.

Birinci tip hacı Qasım Tehrani irticaçı ənənəyə bağlı praqmatist bir komprador və dəllal biburjuaziya xarakterində təsvir edilir. Bu tipin ölkədə sayı çox olaraq bu sinifi şəkilləndirir.

İkinci tip hacı Mehdi İsfahani və oğlu Ağadadaş lonpən burjuaziya nümayəndəsi olaraq heç bir əxlaqi və sosial dəyərlərə inanmır.

Üçüncü tip Əhməd ağa- milli və sənaye burjuaziyası nümayəndəsi simasında çıxış edir. O, idealist və ehsaslı bir xarakder olaraq geriqalmış və sənaye cəhətdən köksüz bir ölkədə yatırım yatırmaq istəyir, lakin şoranlıq yerdə ot bitmədiyi kimi onun da taleyinə müflisdəşmədən başqa bir şey düşməz idi.

Dördüncü tip tacir hacı Əbdülsəməd Rəşdi feodal-burjua simasında xarakterizə olunur. O,  avropaya getmiş, orada olan fəzanı görmüş və ona görə də  əşrafiyyət bir təbəğəyə mənsubdur. Sərmayədarlıq formasiyasında əvvəlki İran ölkəsin ictimai-siyasi fəzasında qərb aydınları tipi kimi “Nadirə” adlı romantik və umanist bir qız əşrafiyyət təbəqəsinə mənsub hacı Əbdülsəməd Rəştinin evində böyüyüb başa çatır.

Beşinci tip brokrat burjuaziya nümayəndəsi kimi Hüşəng təsvir edilir. Hüşəng küçəyə atılmış bir uşaqı olaraq Əhməd ağanın anası vasitəsilə oğulluğa götürülərək, o ailədə böyüyüb və tərbiyələnmişdir. İdealist və hissiyatlı olan Əhməd ağanın əksinə Hüşəng təmkinli və dirayətli bir xarakteri canlandırır. Hüşəng xarakter olaraq İranın tipik, realist və əxlaqlı bir sənaye burjuaziyasi olaraq gecə-gündüz yorulmadan bu sinfi qorumağa çalışır. Pişəvəri Huşəngi belə təsvir edir:

  • “Əhmədağa çox hissiyyatlı, əsəbi, idealist bir şəxs idi. O, həmişə xəyal və romantik aləmin axtarışında idi. Bir sözlə, o, mələk xasiyyətli bir adam idi. Ətraf mühitdə maddi şeylərə təhqir gözü ilə baxırdı. O, öz peşəsindən, ictimai mühitdən, tacir zümrələrindən bezərək onlara nifrət edirdi. Hüşəng isə çox möhkəm, iradəli və yorulmaz şəxs olaraq, bütün işlərdə ağılla hərəkət edirdi. Vaxtını boş xəyallarla yoran deyildi. Camaatı olduğu kimi görür, əhalinin davranışı(red. davranışından təsirlənmirdi) onda təsir qoymurdu. Bütün əxlaq və xüsusiyyətlərin yaranmasının səbəbini maddi aləmin varlığında görürdü. Lakin özü nə tamahkar, nə də ki,maddi sərvət toplamaq ardınca qaçan deyildi. Həmçinin o, mənəviyyat aləminin ləzzətini də inkar etmirdi. Öz vəzifəsini yerinə yetirməkdə çox ciddi və intizamlı idi. Vaxtını müəyyən plan əsasında tənzimləyirdi. Məsələn, iş, istirahət, mütaliə və ünsiyyət qurmağa müəyyən saatlar ayırmışdı. Başqa insanlar kimi özünü taleyin və hadisələrin ixtiyarına buraxmamışdı. Bəlkə, çalışırdı ki, plan əsasında hadisələri öz iradəsinə tabe etsin. Heç bir təhlükə və hadisənin baş verməsindən qorxmurdu. Heç bir uğursuzluq onu öz qərarından yayındıra bilmirdi. Təbiət kimi möhkəm və dəyişilməz idi. Özündənrazılıq, təkəbbür, hoqqabazlıq və hiyləgərlikdən uzaq idi. Kimsə onu aldadıb, yaxud onun iti düşüncəsindən yayındırıb özünü başqa cilddə göstərə bilməzdi. Bəd əxlaq, qaraqabaq və üzünü turşudan deyildi. Şit gülüş, yüngül zarafatlardan  və mənasız danışıqdan xoşu gəlməzdi.
  • Əhmədağa yaxşı geyim, bəzək-düzək və modanı çox sevərdi. Hüşəng isə hər şeydə, xüsusilə geyim seçimində sadəliyi sevərdi. Buna baxmayaraq, bütün dost-tanışlar onun sadə, yaraşıqlı geyimindən heyrətlənir və onu təqlid etməyə çalışırdılar.(Nadirə. 68-69 s)

Bu romandə əgər Hüşəng sənaye  istehsalı cəhətdən geriqalmış ölkədə zəhmətkeş təbəqəsinə bağlı milli sənaye burjuaziyasının bürokrat nümayəndəsi simasında çıxış edirsə, Pişəvərinin fikrincə vəkil və hüquqşünas Aftabül-vükalə komprador burjuaziya sinfinə mənsub iylənmiş və əsil ziyalıdır. Lakin bu hər iki sima köksüz və heç bir əsliyyəti olmayan xarakderdir. Çünki onlar bu çeşidli sinfin aparıcı nümayəndəsi rolunda çıxış edə bilməzlər. Yəni onlar əski və yeni sosial sistemin dəyişməsində  əsas rol oynaya bilməzlər. Yalnız onlar əsas təbərə ilə əlaqədə ictimaiyyətdə rolları ola bilər.

Müəllif Afitabül-vükalənin xarakterini belə izah edir:

  • “Aftabül-vükəlanın sifəti də ləqəbi kimi qəribə idi. Əlbəttə, işləri bunlardan daha qəribə idi.
  • Buna baxmayaraq o, məhkəmənin sayılıb-seçilən vəkillərindən biri idi. Camaat onun haqqında əfsanəyə bənzər şeylər söyləyirdi. Lakin onun həqiqi kimliyindən kimsənin xəbəri yox idi. Ədliyyə idarəsinə gəlişindən sonra 5 il müddətində sürətlə tərəqqi edərək məşhur bir vəkil səviyyəsinə çatmışdı. O, bu şöhrətindən bacarıqla istifadə edirdi. Bütün çətin işləri öhdəsinə götürürdü. Ədliyyə məmurları ondan ehtiyat edib çəkinirdilər. Həmkarlarının əksinə olaraq, onun idarəsi şəhərin mərkəzində, camaatın sıx olduğu yerlərdə deyildi. Daha doğrusu, onun rəsmi idarəsi də yox idi. Yay və qışı Təcriş məntəqəsində olan bağında vaxtını keçirirdi. Əslində o, özü iş ardınca getmirdi, əksinə iş onun ardınca gəlirdi. Yaxşı bilirdi ki, harada olmasından asılı olmayaraq, müştərilər onun ardınca gələcəklər. Çünki o, başqalarının bacarmadığı işləri müvəffəqiyyətlə yerinə yetirirdi. O dövrdə, yəni birinci dünya müharibəsinin sonlarında Aftabül-vükalənin bağı Tehranın ən mühüm yığıncaq mərkəzlərindən sayılırdı. Müxtəlif tipli adamlar ora gəl-get edirdilər. Rusofillər anglofillər, almanofillər, islam tərəfdarları, demokratlar və əks demokratlar, sosialistlər, mürtəcelər, radikallar,  və s. Aftabül-vükalənin bağına təşrif buyuranlar sırasında idi.  Aftabül- vükalə, demək olar ki, ictimaiyyətin bütün təbəqələri ilə əlaqə saxlayırdı.”(237-238 s)

Demək olar ki, romanda bu tibdən əlavə ictimaiyyətin başqa zümrələri də iştirak edir.  O cümlədən romanda Mirzə Ələmdar şəhər zəmətkeş və fəhlə xarakterini canlndırır. Ələmdar qədim və ənənəvi ticarət burjuazi sinfinin yetirdiyi geriqalmış bir fəhlə olaraq bu sistemdə ərbab-rəiyyət münasibatı şəraitində tərbiyə olmuşdur. Pişəvəri hacı Qasımın dili ilə onu belə təsvir edir:

  • “...Mən bu arıq əba-qəba geymiş adamın bir tükünü minlərlə qərbpərəst qalstuklu cavanlarla dəyişmərəm. Qoy onlar gəlinciklər kimi bəzənib saçlarını tumarlasınlar. Qoy bu qərbpərəstlər boş başlarını üç, yaxud altı aylıq və ya illik intizamsız hesabat dəftərlərinin içərisində itirsinlər. Mən Mirzə Ələmdarın işini bəyənib və onun hesabat dəftərlərini müqəddəs sayıram. İndi deyin görüm, onların müxtəlif dəftərlərindəki yazılarından baş açmaq olar? Halbuki tez bir zamanda Mirzə Ələmdarın dəftərindən hər cür hesabatı öyrənmək olar. İşlərinin ləng olmasına baxmayaraq, onların maaşları yüksək olur. Amma Mirzə Ələmdar onbeş tümən maaşla həm katiblik, həm hesabat işlərimi görür və həm də idarənin xidmətkarıdır. Deməli, mən gərək o qədər ağılsız olum ki, onun qızıldan qiymətli barmaqlarının qədrini bilməyəm.”( Nadirə. 4 s)urjuazıya

Yazıçı öz ideoloji baxışına əsasən yazdığı romanda feodalizm formasiyasının tənəzzülə uğramasını nəzərə alaraq hadisələri şəhərdə cərəyan edən burjuaziya cəmiyyətində göstərməyə çalışıb, halbuki o dövrdə ölkə ictimaiyyətinin 80 faizini təşkil edən kəndli və mülkədar zümrəni görməzdən gəlir. Lakin bu həlledili  sosial qüvvə roman hadisələrində öz təsirini buraxmışdır.

  • “Minanın valideynləri Qədimabad kəndində yaşamışlar. Bu qəsəbə Qəzvindən 6 kilometr məsafədə yerləşirdi. Bir saat sonra Qəzvin yaxınlığında arabadan yendik.”
  • Mina dedi: “Gülsüm əzizim, sən bilmirsən, bura gözəl və səfalı yerdi! Bu xarabalıqlarda beş yüzdən çox kənd sakini xoşbəxt və fıravan yaşayırdı. Minlərlə qoyun, yüzlərlə mal-qara və at varidi.  Bu Qədimabad qalasının yumurtası, qaymağı və xüsusilə üzümü məşhur  ”(Nadirə. 437-438 s)

Aydındır ki, Hegemon komprador burjuaziya sistemin ictimai parazitlərindən biri və  eyni zamanda qeyri-rəsmi olaraq kapitalist sinfinin silahlı qolunu formalaşdıran mürtəce subproletariat qüvvəsinin  meydana çıxmasıdır. Əsasən bu irticaçı qüvvədən milli sənaye burjuaziyasına, eləcə də məzlum siniflərin və qabaqcıl ziyalıların azadlıq hərəkatlarına qarşı istifadə olunurdu. 

Pişəvəri İranda istibdad və müstəmləkəçiliyin bətnindən doğan sosial-iqtisadi zülm-sisteminin kəşf edilməmiş təbəqələrini dərindən öyrənmiş. O, misilsiz ustalıqla bu maddi insan formasının mahiyyətini həqiqətən dərk etmək üçün bu zülmkar təbəqənin layələrini incələyərək onun mahiyyətini və ona bağlı subproletariat qüvvəni   aşağıdakı kimi təqdim edir:

  • " Hər bir cəmiyyət və ya millət arasında təhlükəli adamlar olarsa onlar həmin cəmiyyət və millətlərin bədbəxtliyinə səbəb olurlar. Çünki onlar heç bir əxlaq prinsiplərinə sahib deyillər. Hamını bədbəxt və zəlil etməyə çalışırlar. Qısqanclıq, özündənrazılıq, ziyanverici ehtiraslarını yatırmaq üçün müxtəlif  şərəfsizliyə əl atmaqdan çəkinmirlər. Utancaqlıq, həya, sədaqət və düzgünlük bu ünsürlər üçün heç bir məna kəsb etmir. Bunlar xain düşüncələrini müxtəlif donlara girməklə və ya hansı yolla olursa-olsun icra edirlər. Fitnəkarlıqla insanları başqalarının yanında alçaltmaq üçün min bir  töhmət, iftira, hiyləyə əl atırlar. Cürbəcür hiylə və şərəfsizliklə fırıldaqçılıq edirlər. Heç bir şeyi nəzərə almadan başqalarının haqqında intriqa və töhmət vurmağı qəti zərbə aləti hesab edirlər. Hətta, bəzi vaxtlar öz cinayətinə fədakarlıq və qəhrəmanlıq donu geyindirirlər. Bir sözlə, bunlar çox təhlükəli və qorxulu adamlar olurlar. (Nadirə. 60 s)

Bundan əlavə, qeyd  etməliyik ki, subproletariat adətən “Ağadadaş” ya “Abbas İsfahani” və nəhayət, “Qara Bəşir”dən tutmuş müxtəlif formalarda meydana çıxır. Onların hər biri öz sosial-iqtisadi mənşə və əxlaqına uyğun olaraq maddi durumlarnı açıqlayırlar, lakin bu subproletariat üzvlərinin bir-birilə cüzi fərqləri olmasına baxmayaraq, davranış və əhval-ruhiyyə cəhətindən çoxlu ortaq xüsusiyyətə malik olurlar.

Bu sosial ctimai zümrənin tip və xarakteri barədə belə izah edir:

  • “ Abbas yaş, əxlaq, xüsusiyyət və gövdə etibarı ilə Ağadadaşa oxşayırdı. O, qısa boy, kiçik burun, qırmızısifət və dombagöz Bu siğə qardaşlar o qədər bir-birinə bənzəyirdilər ki, hətta ən yaxın qohumlar da bəzən onları ayırd edə bilmir, dəyişik salırdılar. Ağadadaş öz məkrli xüsusiyyətini bazar və ticarət hücrələrində göstərirdi. Rza Yəzdi adı ilə tanınan Abbas isə qapıları, möhkəm sandıqları sındırmaq, divarlardan aşmaq, oğurluq və yol kəsməkdə birinci yeri tuturdu. Buna baxmayaraq, İsfahan şəhərində Abbası uşaqlıq dostu və siğə qardaşı olan Ağadadaşdan başqa kimsə tanımırdı. Hamı onu Rza Yəzdi adı ilə tanıyırdı. Çünki o, 10 il bundan əvvəl, yəni yeniyetmə olarkən polis həbsxanasından qaçaraq İsfahan şəhərini tərk etmişdi. Onun harada yaşamasını və nə işlə məşğul olduğunu kimsə bilmirdi. Polis onun Güdək qəsəbəsində şaxtadan donub öldüyünü deyir, çarvadarlar isə onun cəsədini gördüklərini iddia edirdilər. Halbuki o, hələ yaşayırdı. Qeyd olunduğu kimi siğə qardaşı ilə əlaqə saxlayırdı, tez-tez İsfahana gələrək böyük cinayətkarlıqla məşğul olurdu.
  • Ağadadaş qardaşlıq və dostluq niyyətindən başqa öz xüsusi mənfəətlərinə görə onunla münasibətdə idi. Çünki Abbasın bütün var dövlətini o saxlayırdı. Həmçinin o, Abbasın vasitəsi ilə öz ticarət rəqiblərini aradan götürürdü. Abbas dostlarıyla birlikdə onun tapşırığı ilə Tağı və onun qardaşlarının bütün var-dövlətlərini, hətta, şirkət sənədlərini belə oğurladılar. Abbas və dostları Mirzə Muxtarın arvadı ilə yalançı sevgi və eşqbazlıq edib ona imzasız məktublar yazmaqla bədbəxt tacirin intihar etməsinə səbəb oldular. Xülasə, bu iki şərəfsiz varlıq,  iki napak(red.natəmiz) ünsür həmişə bir-birinin davranışlarından xəbərdar idi.( Nadirə. 62-63 s)

Pişəvəri böyük bir umanist insan olduğu üçün xüsusi mülkiyyət sisteminə sonsuz dərəcədə nifrəti edirdi. Çünki o sistemə  tamah, əsarət və  bəşəriyyəti insanlıq cildndən çıxarıb məhv edən  institutu kimi baxırdı. Bu baxış “Nadirə” romanının əksər yerində açıq-aydın özünü göstərməkdədir. Yəni Pişəvəri İran ictimaiyyətində bu cinayətkar sistemin törətdiyi qurbanlırın taleyinə dərindən vararaq Nadirə romanında bədii obrazla oxucuya təqdim edir.

Onun fikrincə İranda o dövrün bir çox sosial yardıma ehtiyacı olan qrupunu qadın və uşaqlar təşkil edirdi.  Onlar təkcə ictimai istehsal münasibətlərində ikiqat zülm altında deyil, həm də ailə patriarxal hökmranlığı altında əzilməkdə və həmçinin müharibənin törətdiyi fəlakətlər idilər. Üsətəlik, müharibə bu faciə və acınacaqlı vəziyyəti daha da artırırdı.

Müharibənin törətdiyi faciə romanda belə təsvir olunur:

  • " Yol çox qorxulu, qarmaqarışıq və narahat Əhali dəstə-dəstə şəhərlərdən qaçırdı. Hər addımda yarımcan, ölmüş və dağılmış insan cəsədi ilə rastlaşırdıq. Leşyeyən quş və itlərin ölmüş insan cəsədlərini yırtdıqlarının şahidi olurduq. Onlar bizim qışqırığımıza belə məhəl qoymurdular. Ən acınacaqlı mənzərə isə bir ana və bir körpənin vəziyyəti idi. Yazıq körpə xırda əllərini ananın döşlərinin üstünə qoyub acından ölmüşdü. Çox israr etdikdən sonra sürücü və müsafirlərlə razılaşdıq ki, o ana-balanı dəfn edək. (Nadirə, 436 və 437)

Müəllif “Nadirə” romanında İran qadınlarının müxtəlif tiplərini və avtoritar patriarxal sistemin geriqalmış ənənələrini- onun ideoloji quruluşunu əsas amil kimi göstərmişdir.  O, qadınların bu dağıdıcı sistemin zülmündən qurtulmaları yalnız qabaqcıl və modern ölkələrindəki aparılan mübarizələrindən öyrənib, dərs almaqla bitəcəyi düşüncəsində idi. Bu romanda Mehrəngiz Fransada doğulub və tərbiyə alan, anası fransız bir qadın olan obraz kimi təsvir edilir. İran xanım da qabaqcıl qərb ölkələrində təhsil almış və o dövrün tipik ziyalı və ictimai aktivist  bir qadın xarakterində canlanır.  Həmçinin Nadirə obrazı bir qadın olaraq müəlliməsi İran xanımdan elm-mərifəti öyrənib tərbiyə almış və ictima bir aktivist olaraq onun yolunu davam etmişdir. O, Rəşt şəhərində bir qız məktəbinin təməlini qoyandır. Lakin bu romanda Pişəvərinin düşüncəsində İran xanım o dövrün ideal ziyalı qadını obrazında təsvir edilir. İran xanım bir ziyalı olaraq tacir ailəsinə mənsubudur. O, bürokrat Cəmşid xanla ailə qurmuş, lakin övladı olmadığına görə ciddi şəkildə vətənin qız övladlarının tərbiyəsi ilə məşğul olmuşdur.

Aşağıda bir qonaqlıqda İran xanımın nitqindən bir hissəsi sizlərə təqdim edirəm:

  • “ Cənablar! Xanımlar! Bizim təkamül və sivilizasiya karvanından geri qaldığımızı hamınız bilirsiniz. Təkcə qadınlar deyil, hətta kişilər də geri qalmışlar. Bunu da qeyd edim ki, yalnız avam, savadsız və əski insanlar deyil, savadlı, Avropa görmüş insanlarımız da  həm mənən, həm də cismən tərbiyələnməlidirlər. Hacı ağanın sözlərinin bir qismi doğrudur. Mən onun sözlərinin bu qismi ilə razıyam ki, sivilizasiya, inkişaf  və yenilik ancaq çadranı atıb, bəzənib, eyş-işrət ardınca getmək deyil. Lakin onun sözlərinin digər qismi ilə razılaşmıram ki, qadınların vəzifələri ev işləri, aşpazlıq və kişilərlə məclislərdə iştirak etməkdən uzaq olmaqdır. Əlbəttə, qadınlar ev işlərini idarə etməli, ailə üzvlərinin sağlamlığını qorumalı və uşaqların tərbiyəsi ilə məşğul olmalıdırlar. Lakin bunu da etiraf etmək lazımdır ki,  bu günkü dünya elm və sənət dünyasıdır. Savadsız, cahil, dünyagörüşü olmayan, həmişə ev küncündə oturub yemək bişirmək, paltar yamamaq işi ilə məşğul olan qadın müasir övlad tərbiyə edə bilməz. Peşə və sənətə yiyələnmiş qız tərbiyə etmək mümkün deyil. İran ictimaiyyətində əxlaqsızlığın və  bədbəxtliyin əsas səbəbi qadınların cahilliyidir. Cahil kişilərin vəziyyəti aydındır.(Nadirə. 128-129 s)

Həmçinin müəllif romanda başqa qadın simalarından da bəhs edir. Pişəvəri o dövrdə İran ictimaiyyətinin əksəriyyətini təşkil edən qadınların cəhalət içində köməksiz və kapitalizmin  patriarxal sisteminin oyuncağına çevridiyini, habelə ölkədə heç bir hüquqa malik olmadığlarını və hətta öz bədənlərinə belə ixtiyarları çatmadığını ayanı şəkildə bəyan edir. Bu qurbanlıq qadınlar sırsında, Gülsümü, Bibi xanımı, Əqdəs xanımı, İffəti, Müniri və bunlar kimi bir çoxlarını göstərmək olar.

Aşağıda belə qadınlardan alt kimi istifadə edilməsi belə izah olunur:

  • “Mərhum Tacirbaşı Şirvani siğə düşkünü idi. Onun hər həftə mütləq təzə siğəsi olmalıydı. Lakin Ağadadaşın tanışlarının heç biri yuxarıda qeyd olunan zümrələrdən deyildi. Bu adamlar pak və nəcib qadınları aldadıb, onlarla bir neçə xoş gün keçirdikdən sonra köhnə paltar kimi çıxarıb yenisi ilə əvəz edirdilər. Bunlar məşuqə tapmaqda bir-birləri ilə rəqabət edirdilər. Hər biri fəxr edirdi ki, başqa dostlarından daha çox nəcib qadın və bakirə qızları aldada bilirlər. Bunlar arvadbaz olsalar da, eşq və sevginin nə olduğunu əsla bilmirdilər. Bunlar o dərəcədə vicdansız və şərəfsiz adamlar idilər ki, aldanmış qadın və qızların ah-naləsindən belə həzz alırdılar. Bunlar bir növ sadizm xəstəliyinə yoluxmuş adamlar Belə xəstələr insanları ayaqları altına alıb tapdalayırlar. Onlar aldanmış qadın və qızları ələ salaraq istehza ilə onlara gülürlər.”(nadirə. 287-288 s)

Pişəvəri yenə də aşağıda  o dövürkü İran ictimaiyyətində qadınların yeri və mövqeyi haqqındqa dəhşətli bir həqiqəti şərh edərək yazır:

  • “ Ruqiyyədən başqa hacı Qasımın ailə və qohum-əqrəbasınan heç birisi İffətin öldürülməsindən kədərlənmədi. Əlbəttə Ruqiyyə də gizli hald onun üçün kədərlənib və ağladı.”(Nadirə. 458)barlardan necə dağıdıldığını göstərir

Pİşəvəri böyük idealist və ümidverici bir şəxsiyyətidi. Nadirə romanı əslində onun xass şəkildə uzaqgörənliyini əks etdirirdi. O, təkcə bacarıqlı bir roman yazıçısı ediyil, həm də həqiqi bir inqılqabçı və ADF rəhbəri olaraq öz ideallarını gerçəkləşdirmək iradəsinə sahib idi.

Romanın sonunda Pişəvəri oxucya hacı Qasımın ac və yoxsulların əlində öldürüldüyünü və ehtikar etdiyi ərzaq malların necə dağıdılıb, qarət edildiyini,  hacı Əbdülsəməd Rəştinin təbii şəkildə ölməsini, Əhməd ağanın vərəm xəstəli ilə vəfat etdiyini, həmçinin Ağadadaş, Abbas İsfahanın tutulub törətdikləri qanlı cinayətlərə xatir edam edildiklərini, Mirzə Mehdi İsfahanı iflic olduğunu, Huşəgin bir rüroktat burjuazi nümayəndəsi simasında fəhlə sinifinə bağlı olduğunu, daha doğrusu sosializm düşüncəsinə inanan obrazda ictimaiyyətin gələcək inkişafı üçün qalıcı və mübar qüvvə kimi oxucuya bədii lövhələrlə təsvir edir. Beləliklə o, romanda fəhlə hərəkatınabağlı milli bürokrat burjuazı zümrəsindən başqa çeşidli burjuaziya təbərələrinin bir-bir məhv olub aradan getməsini göstərir. Yəni Pişəvərinin fikrincə bu fəhləsinfinə bağlı  bürokrat milli burjua nümayəndəsi kominternin tezisini rəhbər tutaraq geriqalmış ölkələrdə milli sinif və zümrələrin nümayəndələri ilə birləşərək gələcək sosializm sistemini qurmaq üçün mübarizəsini davam etdirəcək.

Bunu da qeyd etməliyəm ki, Pişəvəri Nadirə romanının bir çox yerində fasid kapital və patriarxal feodal sisteminin hegemonluğunun məhv olmasına dərindən inandığını vurğulayır, bu da onun umanıst və insansevər düşüncəsindən irəli gəlir.

مطالب مرتبط