“Gəlin gedək ağlayaq, Urmu gölünü dolduraq,” deyə əhali prezident Həsən Ruhani seçki kampaniyası zamanı Urmiyəyə gəldiyi zaman səslənmışdi. Namizəd Ruhani Urmiyə gölü problemini həll edəcəyinə söz vermişdi, ancaq o, xüsusilə Azərbaycana verdiyi sözlərə əməl etmir.” Bunları Urmiyədə yaşayan milli fəal Qulam Quluzadə Amerikanın Səsinə müsahibəsində söyləyib.
Cənab Quluzadə bir neçə digər urmiyəli fəalla birlikdə iyunun 27-də Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günü tədbiri ilə bağlı Urmiyədə İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınıb bir həftə Ettelaat həbsxanasında sorğu-suala çəkildikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxıldı.
Urmiyə Gölü
Onun sözlərinə görə, muxtəlif ictimai, iqtisadı və kültürəl çətinliklərlə üzləşən əhalinin bir çox tələbləri vard, ancaq onlar üçün bütün bunlardan daha önəmlisi Urmiyə gölü məsələsidir. Onlar Urmiyə gölünün xilas edilməsinə "yedikləri yemək və geydiklərindən paltardan" belə çox önəm verirlər.
Milli fəal həmçinin 2011-ci ilin avqust və sentyabrında İran dövlətinin Urmiyə gölü ilə bağlı siyasətlərinə etiraz olaraq keçirilən kütləvi etirazların davam etməməsinin səbəbləri haqqında öz fikirlərini paylaşıb.
Azərbaycan türkləri heç bir hakimiyyətdən qorxmayıb. Hər zaman etiraz edib və haqlarını tələb etmək üçün meydanda olub.
“Azərbaycan türkləri heç bir hakimiyyətdən qorxmayıb. Hər zaman etiraz edib və haqlarını tələb etmək üçün meydanda olub. Ancaq, bu xalqı yalanlarla səssiz saxlayırlar. İnsanları Urmiyə gölü, türk dili və ictimai tələblər ilə bağlı fəaliyyət etdikləri üçün tutub, lakin yalançı ittihamlarla mühakimə edirlər.”
Urmiyə gölü ətrafında baş verən ekoloji fəlakət nəticəsində ortaya çıxan problemlərə işarə edən Qulam Quluzadə gölün Ramsar Konvensiyasının qorunmasında olan bir sulu ərazi olmasına diqqət çəkərək bu məsələnin media tərəfindən gündəmə çıxmasının zəruri olduğunu vurğulayıb.
Güneyli fəalın sözlərinə görə, İran dövləti bugünə qədər Urmiyə gölü problemini həll etmək üçün heç bir iş görməyib və xalq bundan sonra da dövlətin hər hansı bir addım atacağına inanmır.