< Əlirza Ərdəbili: İnanılmaz tarixi hadisələrin fonunda, müxalifət liderinin gündəmində nə var? - Tribun تريبون ody class="site com_content wrapper-fluid view-article layout-cassiopeia_tribunutanintroblog no-task itemid-659 rtl">

Tribun Logo

İnanılmaz tarixi hadisələrin fonunda, müxalifət liderinin gündəmində nə var?

 

Dünya, Rusiya imperiyası və İran molla rejiminin demontajını danışarkən, çox hörmətli alim və Azərbaycanın müxalifət düşərgəsinin lideri Cəmil Həsənlinin sözlərini, biz İranın anti Azərbaycan KİV-nin tirajladığı fars dilli propaqandasından oxuyuruq. Oxuyuruq və bir də oxuyuruq. Yəqin tərcümə səhvidir diyə düşünürük. Amma mətləbin ana qaynağında da, ana dilimizdə həmin sözlərin yazıldığını görürük. (Mənbə:Azadlıq saytı)

Tarix alimi kimi, Güneyli - Quzeyli tariximizi araşdırmış və bizim tarix müəllimimiz olmuş Cəmil bəy Həsənlidən (bu məqalənin davamında bəzən: ”Müəllif”), gözləmədiyimiz bir qısa yazı, İran rejiminin anti Türk, anti Azərbaycan və paniranist ideoloji ocaqlarının yanacağı olmuşdur. Bu da, sevdiyimiz tarix müəllimindən! (Bax bu məqaləyə artıCemil3rılmış iki örnəyin fotoşəklinə). Bütün bunlar İran rejiminin daxildə çalxalanmasına baxmayaraq, Azərbaycana qarşı nifrət və hədə kampaniysı apardığı bir zamanda baş verir.

 

Cəmil müəllim, yuxarıda linki verilmiş qaynaqda, 12 noyabr 2022 tarixində İlahm Əliyev haqqında yazır:

”Adam hər kvartal gedib Putinə hesabat verir ki, Azərbaycanda rus məktəblərinin sayı 35 faizdir.”
Belə mi? Bu müddəaya inanaqmi? İlham Əliyevin iqtidar dövrü artıq 76 kvartalı doldurmuşdur. 75-ini müəllifə bağışlayandan sonra, bir dəfə də olsun İlham Əliyev belə bir ifadə qullanmışdırmı?
Hamımıza ”Kəbüləxbar” (Xəbərlər qaynağı) sayılan Google-in ətəyindən hər bir dildə yapışmamdan asılı olmayaraq, buna bənzər nə İlham Əliyev nə də başqasından bu ifadəni tapmadım. Cəmil bəy, bu İfadəni siz nə zaman İlham Əliyevdən eşitdiz ya oxuduz?

Azərbaycan Respublikasının Prezidentinin internet səhifəsində bir çox mənbədə olduğu kimi Vladimir Putinə bəyan etdiyi bu ifadə var:

”Məktəblərə gəlincə, bir az aydınlıq gətirmək istərdim, Azərbaycanda 340-a yaxın rus dilində tədris olunan məktəb var ki, orada 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda isə 15 mindən çox Azərbaycan vətəndaşı ali məktəblərin rus dili  institutlarında təhsil alır. Məncə bu münasibətlərimizin ən mühüm əsasını  və əlaqələrimizin gələcəyini təşkil edir, çünki rus dili həmişə keçmiş Sovet İttifaqı ölkələrini birləşdirib və təbii ki, rus dilini bilmədən, gələcək nəsillər üçün ünsiyyət qurmaq çox çətin olacaq.”(Mənbə:22 fevral 2022, Prezident İlham Əliyevin rus dilli internet sitesiə link/ tərcümə: Ə. Ə.)
Cemil2

Diqqətə layiqdir ki, Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rəqəmləri də, İlham Əliyevin dediklərini təsdig edir. (Mənbə:2.ci cədvəl, ”SNQ” internet portalı) bəs sizin istinad etdiyiz və məqalənizdə dəfələrlə vurğuladığınız xəbərin qaynağı hardadır?!

Qalan mənbələrdə  də həmin rəqəmlərə bənzər məlumat, yəni məktəblilərin 8-9 faizinin rus dilində təhsil alması, dərc olunur. Misal üçün: ”Amerikanın Səsi” vebsaytı, təhsil məsələləri üzrə ekspert Kamran Əsədovdan citat verir ki:

Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.” (Mənbə:, ”Amerikanın səsi” Azərbaycan xidməti, 14 Sentyabr 2020)

Adı gedən yazıda bu ”35 faiz” bir neçə yerdə təkrar olur. Söz yox ki, rus dilinin bir fənn kimi tədris olması tam başqa bir işdir və onun faizinin yüzə çıxmasında da, bir qəbahət yoxdur. Mənim heç şübhəm yoxdur ki, Cəmil müəllim kimi bir alim, bu iki işin fərqini bilir.

Müəllif yazır: ”İlham Əliyev hakimiyyətə gələndə hər beş nəfərdən biri rus məktəblərində oxuyurdu, indi hər üç nəfərdən biri rus məktəblərində oxuyur.”

Yəni Azərbaycanda 538.738 şagird rus məktəblərində təhsil alır! Əgər Siz deyən kimi İlham Əliyev ” hər kvaratal gedib Putinə hesabat verir ki” bizdə rus dilinə diqqət artır, bəs sizcə nədən Putinlə 22 fevral 2022-ci il tarixli görüşündə, rəqəmi 3 dəfədən çox azaltmaqla ”140 mindən çox” ifadəsilə, öz ”nailliyyətlərini” ört-basdır edir?!    Bəs bu necə ”hesabat” verməkdir?

 Cemil4

Müqayisə
Müəllif məqalənin neçə yerində Güney Azərbaycanlıların çətin durumunu, respublikanın
digər məsələrilə müqayisə edir və nəticə alır ki, respublikanın rəhbərliyi, gərək, respulika sərhədlərindän kənarda yaşayan 40 milyon soydaşlarımızın məsələlərini dilə gətirməkdən öncə o işlərlə məşğul olsun. Məqalədə ölkə rəhbərliyinə, öncə aşağıdakı işləri həll etməyi məsləhət görür:

1. Təhsil sistemində, Azərbaycan dilinin daha yaxşı öyrənilməsi.
2. Rus dilinin statsusnun aşağı salınması. Bu mövzuilə bağlı rus dilinin tam ləğv edilməsi tələbi irəli sürülmür amma, bu dili, hansı səviyyədə məhdudlaşdırmanın məqbul olması da, oxucuya bəlli olmur.
3.
Dağıstanda sərgərdan vəziyyətdə qalmış soydaşlarımızın ölkəyə buraxılması.
4.
Gürcüstan azərbaycanlılarının öz doğmalarını ziyarət etmələrinə şərait yaradılması.
5.
Moskva Dövlət Universitetinin Bakı filialını bağlayıb onun yerinə Ankara Universitetinin filialını açmaq və s.

Mən inanıram ki, hər bir azərbaycanlı bu siyahını çox haqlı və daha təcili tələblərlə təkmilləşdirə bilər. Misal üçün, mənim uzun illər yaşadığım İsveç ölkəsinin də onlar və yüzlərlə həll olmamış məsələləri vardır. O cümlədən azı 15 ildir ki, Finlandiyanın milli təhsil üzrə qazandığı inanılmaz uğura, həsədilə baxılır və İsveç-Finlandiya xəttində, isveçli təhsil ekspertləninin karvanı daim hərəkətdədir və hələ də İsveçin təhsil sistemi, dünya miqyasındakı rəqabətdə ciddi bir irəliləyişə nail ola bilməmişdir.

Müəllifin ölkə başçısına verdiyi bu göstərişdən çıxan tövsiyiyə sadə dildə belə təlləfüz olmalıdır:

- Lütfən, Respublikanın təhsil sistemini məqbul bir səviyyəyə qaldırmaq və bir sıra problemləri çözdükdən sonra, Güneyli soydaşlarımızın haqqında fikir söylə!

Cəmil müəllimdən bir sual:
- Nə olar ki, İlham Əliyev, bir cümlə ilə, Şuşa ya Səmərqənd kimi yerlərdə dünyaya xitabən Güneylilərin dərdlərini dilə gətirsin? Əcəba, respublikanın rəsmiləri və medianın Güney haqqında susması, respublikanın təhsil sistemi ya ”Dağıstanda sərgərdan vəziyyətdə qalmış
soydaşlarımızın” halına hansısa müsbət efekti ola bilərmi? Məgər Azərbaycan müxalifəti bu illər ərzində hakimiyyəti Güneylə bağlı passivlikdə günahlandırmırdımı? Məgər İlham Əliyev, Güneydə ana dilində təhsil üçün vəsait ayırmaqdan danışmışdır? Sizcə ”Dağıstanda sərgərdan vəziyyətdə qalmış soydaşlarımız”, ya Gürcüstan azərbaycanlıları, Güneyli soydaşlarımızı sizdən azmı sevirlər?  Sizcə onlar bir dəfə də belə, Güneyin dərdlərini, ölkənin ən yüksək məqamının dilindən səslənməsini, istəmirlər, ya bu işdə özlərinə qarşı bir pis niyyət görürlər?

Sizcə, rus bölmələrinda oxuyan 140 min vətən övladı, rus dilində oxuyur deyə, Təbrizi, Şuşa qədər sevmirmi? Sizcə Sibirin neft mədənlərində bir ömür əmək sərf etmiş, on illərlə vətənə baş vura bilməyən, uşaqları tam rus mühitində təhsil alan insanlarımız, Şəhriyarı sizdən azmı sevirlər?

 

Yanlış müqayisə

Bu tipli müqayisə əslində Qərb ölkələrində sağ populistlərin işidir. Onlar həmişə, mühacirlər, qonaq tələbə ya qonaq işçiləri və ölkənin kasıb yaşayan təqüdliləri müqayisə edirlər. Bu bir ucuz populizmdir. Onlar deyirlər:

Bu qədər kasıb təqaüdçümüz varkən, nədən uzaq ökələrə humanitar yardım yollayıb, o ölkələrdən gələn mühacirləri qəbul edirik?

Diqqət edin ki, söz İlham Əliyevin hətta Güney Azərabaycana ünvan vermədən, ”Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti”-ndən danışıbdır.


Azərbaycan dili və rus dili

Azərbaycanda təhsil keyfiyyətinin aşağı olması hamının bidliyi bir sirrdir. Burda təqdim olunan birnömrəli cədvəldə göstərilən, dünyada təhsil sistemlərinin ən mötəbər müqayisəli araşdırma proqramının verilərindən də Azərbaycan təhsilinin harda olması bəllidir. Amma bu durumu Azərbaycanda 140 min məktəblinin rus bölməsiylə izah etmək olarmı? Dünyada ikinci dilə (ingilis dilinə) ən yüksək yer verən İsveç, ”ana dilində mətn oxuyub başa düşmək” sahəsində, Azərbaycandan 117 pillə yuxaridadır. Əgər İsveçin ikinci dilə qoyduğu vəsait, şagirdlərin ana dilində savadlaırının nöqsanlı edirirsə, onda, nədən İsveçin öyrənilən üç fənndən ən yaxşı performansı elə ana dilinə aiddir? (Bax: 1-nömrəli cədvələ) Necə olur ki, 140 min şagirdin rus bölməsində oxuması, Azərbaycan bölməsində oxuyan 1,6 milyon (əslində 1.616.214)  şagirdin ana dili savadına mənfi təsir göstərir amma İsveçdə ingilis dilinə uşaq bağçalarından başlayaraq verilən inanılmaz yer və ayrılan vəsait, isveçli şagirdlərin ana dillərində yiyələndikləri savada mənfi təsir göstərmir? Nədən riyaziyyat və  elmli fənlərdə də, Azərbaycan məktəblilərinin durumu elə ana dili qədər, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı(OECD) orta səviyyəsindn geridədir?

Qalsın qeyri müəyyən gələcəyə!
Əgər siz, Azərbaycan dövlət rəhbərliyinə tövsiyə edirsiz ki, ölkənin təhsil sisteminin keyfiyyətini məqbul və hətta ən yüksək bir səviyyəyə qaldırsın, müxalifət lideri kimi öz peşə borcunuza əməl edirsiz və əslində millətimizin ən ağır məsələsinə işıq salırsız. Amma, əgər deyirsiz ki, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti kimi türk dövlətlərinin başçıları, öncə ölkə daxili problemləri çözüb, sonra digər türklərlə həmrəylik etsin, yəni bu işi qeyri müəyyən gələcəyə saxlamaq!. Çünkü ölkə daxili durum misal üçün təhsil sahəsində, 1-nömrəli cədvəldən göründüyü kimi, bəzən hətta İsveç kimi ölkələrə əlçatmaz ola bilər. Öncə işarə etdim ki, İsveç illərdir ki, təhsil sahəsində Finlandiaynın uğurlarını mənimsəmək istəyir və bacarmır, və hər yeni hakimiyyət bu haqda yeni vədlər verməklə işə başlayır. Amma,  di gəl ki bu arada Estoniya kimi kiçik bir ölkə həm İsveçi və həm də Finlandiyanı arxada qoyub PİSA cədvlinin iki bölməsində birinci və bir bölməsində üçüncü yerə qalxıb! (PISA: Beynəlxalq Şagird Dəyərləndirme Proqramı)


Təssvvür edək ki, rus dili tədrisini  bir gecədə ləğv etdik və elə həman gecə igilis dilini onun yerinə qoyduq. Rusiyada təhsil alan 15 min Azərbaycanlı tələbəni hansı ingilis dilli ölkənin ali təhisil ocaqlarına yollamaq sizə real görünür? İş tapmaq və ticarət qurmaq məqsədiylə Rusiyaya üz tutan yüz minlərlə azərbaycanlını hansı ingilis dilli ölkə qəbul edəcəkdir? Əgər bu əməlliyat real aləmdə rahatdırsa, bəs Avropa və Kanadadan kanar 23 fransız dilli ölkə, nədən bugünə qədər, fransız dilini, ingilis dililə əvəz etməmişlər? Ya nədən Hindistan İngilis dilindən inmtina etməmişdir?

(Qaynaq 1: OECD rəsmi səhifə)/(Qaynaq 2: BBC Türkcə)/(Qaynaq 3: Skolverket, PİSA 2018)


Cemil5


Rus dilinin yeni statusu

2-nömrəli cədvəldə verilən Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun 2020-ci il nəşr olmuş rəqəmləri əsasən Cəmil müəllimin yazısında verilən qeydləri əks etdirmir və bu qaynaqda da, İlham Əliyevin dediklərini təsdig edir. (Bax 2.nümrəli cədvəvlə)

 

Cemil 10

İşin mahiyyəti

Sovet İttifaqını dirəkləri laxlamağa başlar-başlamaz, yeni siasi quvvələrə leqitimlik qaznadıran, ilk növbədə, anti kommunizm idi. Qeyri rus respublikalarda, Rusiya boynduruğuna qarşı durmaq ikinci yerdə gəlirdi. Aərbaycana gəldikdə daha üç əsasda leqitimlik aramaq imkanı varidi. Türkiyə və Güney sevgisi, birdə Qarabağ məsələsi. Beləliklə, post sovet dövründə Azərbaycanda beş sahədə leqitimlik qazanmaq üzrə rəqabət başladı:

1. Kommunist rejiminə qarşı.
2. Rus imperiyasına qarşı.
3. Qarabağ məsələsi.
4. Türkiyə sevgisi.
5. Güney Azərbaycan sevgisi.

Bugünkü müxalifət hələ Əbdürrəhman Vəzirov dövründən bəri bu beş sahədə, leqitimlik qazanmağa can atmışdır. Demokatiyalarda leqitimlik seçgi qutusundan çıxır və seçgini qazanmaq üçün, siasi partiya və siasi liderin keçmişində lazimi qədər uğurlu fəaliyyəti başlıca şərtdir. Misal üçün 2002-ci ilin noyabrında, Türkiyənin Ədalət və İnkişaf Partiyası, bütün Türkiyə bələdiyyələrində gəstərdidy performans etibarilə, seçgilərə qatıldı. Amma Sovet İttifaqı dağılarkən, totalitar kommunist rejimində, hakim zümrədən başqa, kimsənin keçmişində siasi fəaliyyət yox idi və nəticədə rəqabət ancaq söz meydanına aparılırdı. Misal üçün 2002-ci ilin 3 noybar tarixli seçimlərinə 9 gün qalmış, Uğur Dündarın moderatorluğu ilə keçirilən debatda, Rəcəb Təyyib Ərdoğan və Deniz Baykal, əsasən, olub- bitmiş bir çox layihələrdədn  danışırlar amma öncə deyildiyi kimi, post Sovet məkanında, yalnız ”söz” və ”müddəalar” meydanında yarışma gedirdi və arada bu müddəaları yoxlamağa heç bir mexanizm yoxidi. (Mənbə: Bax

) Nəticədə, hər beş sahədə, kimin nəyə qadir olmasını, zaman göstərməli oldu.

1.Kommunist rejiminə qarşı. Kommunizm çökdü və kimin onun havadarı olub-olmaması məlum olmadı. Heydər Əliyev də bütün bu prosesdə iştirak etdi.

2. Rus imperiyasına qarşı. Heydər Əliyev və İlham Əliyev hər ikisi Azərbacanın şiml qonşusuilə münasibətlərini idarə etmək siysətinidən ytərəfdarı olmuşlar. İlham Əliyev 10 noyabr 2020-ci ilə qədər, şima qonşuya qarşı təslimdə itihamlanmış və o tarixdən sonra, onun qarşısında kifayət qədər sərt dayanmamaqda tənqid edilmişdir. Məncə Rusiya qarşısında ”kifayət qədər sərt” dayanmış Ukraynanın cari müharibədə əfsanəvi qəhrərmanlığına rəğmən, aci aqibəti, bu mübahisəyə də son qoymuşdur. Ukrayna faciəsi, Rusiyanı yerində oturtmanın mümkün olmasını sübüt etməklə bərabər bu işin bədəlini də, müəyyənləşdirdi. Bu bədəli Azərbaycan ödəyə bilməzdi, necə ki, Gürcüstan 2008-də ödəyə bilmədi.

3. Qarabağ məsələsi. Bugünkü müxalifət, hələ Əbdürrəhman Vəzirov dövründən, özünü Qarabağ məsələsini çözmək iqtidarında olan yeganə alternativ elan etmişdir. 35 illik tarix və 44 günlük Vətən Müharibəsinin sonuçları, bu leqitimlik meydanınıda müxalifətdən almışdır.

4. Turkiyə sevgisi. Bugünkü müxalifət, özünü yeganə Türkiyənin dostu və Heydər Əliyev və İlham Əliyevi, ruspərəst və Türkiyə düşmanı elan etimşdir. Əbülfəz Elçibəyin, Türkiyədn 4 helikopter ala biməkdə aciz qalması və sonra 2020-ci ildə, F-16-ların Gəncədə startda dayanmalrı kimi faktlar, burda da, müxalifəti leqetimlik qopartmaq meydanından məhrum etmişdir.

Beləliklə, 2020-ci ilin noybrın 11-nə qədər, sadalanan dörd asahədə, legitimlik qazanmaq imkanı, bir-bə-bir, müxalifətin əlindən sürüşüb getmişdir. Ancaq qalmışdı Güney sevgisi. Tale elə gətirmişdi ki, 2022-ci noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə, bu sahədə də, müxalifətə qarşı ciddi bir gedişə şahidlik edəcəkdik.

5. Güney sevgisi. Həqiqətən Əbülfəzl Elçibəyin Güney Azərbacandan danışması, Azərbaycanın hər iki tayında insanlara ümid verirdi. Amma İran rejiminin o illərdə Azərbaycana qarşı törətdiyi və Türk Dünyasının göz bəbəyi sayılan Azərbayan Respublikasını uçuruma sürükləyən fitnələrı, bu haqda bizi düşünməyə çağırdı. Əcəba, ordusu olmayan bir varlığın, dünyaya terror ixrac edən İran molla rejiminə qarşı Güney sevdasını dilə gətirmək, nə qədər vaxtında idi?

İndi topraqlarını işğaldan azad etmiş, modern ordu sahibi və bütün ordusuylə Can Azərbaycanın yanında olan Türkiyəsi və İsrail kimi dost sahibi bir ölkənin başçısı, öz insani və milli borcunu yerinə yetirib, Güneyin dədrindən danışmışdır. Nə gözəl! Mübarəkdir bu gəlişmə! Əgər 1990-ci illərin başında topu-tüfəngi olmayan ölkənin başçısı, Güney sevdasını gizlətmirdi, bugün bir Müzəffər ölkənin rəhbəri, xalqının Güneydə əsarətdə yaşayan qisminə məhəbətini nümayiş etdirir. Bundan daha düzgün və daha təbii nə ola bilər? İlham Əliyev öz xalqının bir parçasına diqqətini ali bir kürsüdən səsləndirmək üçün əvvəlcə gərək hansısa siyahıda nəzərdə alınmış vacib vəzifələri yerin yetirsin çatdısın və sonra Güney adını təllffüz etməyə haqq qazansın? Əgər  İlham Əliyev, bu sözləri Səmərqənddə, dilə gətiməsəydi, onda, Azərabaycanda ana dili daha da tez inkişaf edə bilərdi? Kim deyir ki, İlham Əliyev, əvvləcə Dağıstanda sərgərdan vəziyyətdə qalmış soydaşlarımızın, sonra Gürcüstan azərbaycanlılarının taleyi ilə məşğul oduqdan sonra və ən sonda Güney Azərbaycana olan təbii sevgisini dilə gətirməlidir? Bu prioritet siyahısını kim müəyyənləşdirir?

Leqitimlik qazanmaq meydanı dəyişərkən, yanlış mövqə düşmək!

Siyasətdə, müxalfətin, hakim iqtidarla çəkiş-bəkiş etmə meydanları daima dəyişir. Çox zaman, siyasi rəqiblər, bir-birlərinin şuarlarını təkrar edirlər və bununla, fikir ayrılığı, konsensusa çevrlilir. Müxalifətin peşə borcu hər an, yeni sahələri, yeni problemləri təsbit edib, platformunu yeniləşdirməkdir. Azərbaycan müxalifəti də, bunu yaxşı blir. Yuxarıda deyilən kimi, digər dörd leqitimlik qazanma meydanı artıq yoxdur və ola bilər ki Güneylə həmrəylikdə, daha rspublikada müxalifətinin monopolundan çıxsın. Belə bir inkişafın qarşısında siyasi bir gediş, İlham Əliyevə, ”əvvəlcə min bir dərdin dərmanın tap, sonra Güneydən danış!” demək deyir. Keçmişdə iran rejiminin sifarişilə, respublikada dini fanatizmi yayanlar, Azərbaycan müxalifəti, tərfindən ”söz azadlığı” qəhrəmanları kimi müdafiə olmuşlar. Leqitimlik qazanmaq sahələrini yeniləyə bilməyən müxalifət, dini fanatizmin müdafiəsi və Güney Azərbaycanın haqlarının bəyanına qarşı durmaq kimi, yanlış meydanlara düşə bilər. Mən Cəmil müəllimi daima Güneyin yanında görmək istirəm, Güneylə həmrəylik edən çağrışlara qarşı yersiz tənqid edən müxalif paltarında yox.

 Əlirza Ərdəbili
2022-11-19 Stockholm