دیالوگ

Birlik- Media: son zamanlar "Parlament" məsələləsi Güney Azərbaycan milli hərəkətinin gündəminə gəlmişdir. Bir sıralarına görə ümidverici bir addım, bir sıralarına görə isə qeyri- demokratik bir addım sayılaraq başqa bir ümidsizliyin başlanğıcıdır.

Parlamentin qurulmasına dair verilən bildiri ilə iştirakçıların sonradan söylədikləri arasında olan ziddiyyət də bu məsələni ciddi sorularla qarşı- qarşıya qoymuşdur.

Bu üzdən Birlik təşkilatının media orqanı olaraq parlament məsələsi ilə bağlı istər Kopenhagendə iştirak edənlər, istər tənqidi fikri olan milli fəallarla söyləşi aparmağa çalışacağıq.

İlk söyləşi olaraq Babək bəy Azadla apardığımız söyləşini əziz oxucularla paylaşırıq:

Untitled-2

 

 

 

 

 

 

 

 

 

 

 

 



Sual: Siyasi təşkilat anlayışını necə izah edərdiniz?
Cavab: Hər bir toplumda hər hansı bir siyasi təşkilat vətəndaşların bir hissəsinin istəklərin təmsil edir və bu istəklərə çatmaq üçün çalışır siyasi qüdrətə gələ.Yəni, dövlət idarəçilik orqanlarında yer tuta.
Sual: Demokratik cəmiyyətdə siyasi təşkilatların özəllikləri nədir?
Cavab: Demokratik toplumda hər hansı bir demokratik siyasi təşkilat siyasi dəyərlərin çoxluğuna inanır. Ona görə də digər rəqib təşkilatlara dirilik haqqını rəsmiyyətə tanıyır və öz hədəflərinə çatmaq üçün siyasi dialoq və azad seçimlərdən faydalanır.
Sual: Həmin özəlliklər qeyri-demokratik cəmiyyətdə necə olur?
Cavab: Hər bir toplumda hər hansı bir qeyri-demokratik təşkilat siyasi dəyərlərin çoxluğuna inanmır. Elə ona görə də siyasət meydanında ancaq ağ-qara rəngi tanıyır. Bu, o mənadadır ki, hər kəs yüz faiz o təşkilatın tərəfdarı olmasa, yüz faiz onun əleyhinədir. Bu növ təşkilat siyasi qüdrətə çatmaq üçün rəqib təşkilatları meydandan çıxarmağa çalışır. Hətta əgər lazım olsa, xarici qüvvələr və ya daxildə hərbi qüvvələrlə əməkdaşlıq edib siyasi qüdrəti əldə etməyə çalışır.
Sual: Vətən xaricində Güney Azərbaycan Parlamenti necə bir təşkilatdır?
Cavab: Bildiyiniz kimi, 1945-də Güney Azərbaycanda azad seçimlər nəticəsində Milli Hökumət yaranmışdır və hətta qadınlar səsvermə haqqına malik olmuşdurlar. Bizim Milli Hökumət bir əcnəbi hərbi qüvvənin vasitəsi ilə vəhşicəsinə aradan aparılmışdır. Əslində Vətənin xaricində Güney Azərbaycan Parlamenti bizim 1945-də yaranan Milli Məclisin varisi və davamçısı sayılır. 
Sual: Parlament konkret olaraq hansı problemləri çözməlidir?
Cavab: Parlament əslində edə bilər Güney Azərbaycan təşkilatlarının və şəxslərinin fəaliyyətləri arasında həmahənglik yaradıb, İranda və dünya miqyasında Güney Azərbaycanın yeganə sözçü orqanı sayıla. 
Sual: Son zamanlarda Kopenhagendə baş tutmuş təşəbbüsdən sonra bu addım və ümumiyyətlə, parlament yaratma ideyasına qarşı tənqidi fikrilər söylənməkdədir. Bu tənqidi baxışlar haqda sizin fikrinizi öyrənmək istərdik.
Cavab: Heç bir siyasi faəliyyət, hətta dünyanın azad ölkələrində yüz faiz eyibsiz deyil. Belə olan halda iki rəftar tərzi gözə görünür. Bəziləri ancaq kənarda oturub görülən əməldə eyib axtarır, nəticədə səbəb olurlar mənfi enerji yaradalar, insanlar bir-biri ilə əməkdaşlıqdan çəkinələr. İkinci rəftar tərzi bundan ibarətdir ki, insan eyib axtarma yerinə, məsuliyyət hiss edib qolların çırmalayaraq meydana girərək digər fəallarla birlikdə bir kollektiv işin nəticəsində çalışır nöqsanları aradan apara.
Sual: Bəzilərinə görə, Vətən xaricində parlament üçün seçim imkansızlığı, bu tip parlamanları təmsil böhranı ilə üzləşdirir. Bir üzdən də parlamenti millət seçər deyərək tənqid edir. Siz bu haqda nə düşünürsünüz?
Cavab: Sürgündə parlamentin yaranıb fəaliyyət etməsi iki tərəfli rabitədir. Parlament bu rabitənin təmsil orqanı sayılır, o biri tərəfi bizlərik ki, o qədər milli şüurumuz ola ki, parlamentin zəruriyyətin hiss edib ona dəstək olaq. Təbiidir, siyasətdə də bir riyazi məntiq hesabı var. Aydındır ki, əgər parlament ideyasından kifayət qədər himayət olunmaya, bu zaman parlament təmsil böhranı ilə üzbəüz ola. Mən sizin ad çəkdiyiniz imkansızlığı yaxşı anlaya bilmədim, ancaq belə düşünürəm ki, onun yaranmasına istisnayi imkan lazım deyil. Xüsusən, indi biz internet esrində yaşayırıq insanlar informasiya texnologiyasından faydalanıb virtual dünyada fəaliyyətlərin formalaşdırırlar. Siz sualınızın ikinci hissəsində qeyd edirsiniz ki, parlamenti millət seçər. Bəli, bu doğrudur, amma əgər millətin seçim haqqı ola və azad seçimə imkan yarana. Sürgündə parlamentin əsas vəzifəsi bundan ibarətdir ki, millətimizə azad şəkildə seçim haqqı verilə. Əgər, bu növ şərait yarana, sürgündə parlametin olması mənasız olur.
Sual: Xaricdə fəaliyyət edənlərin bir çoxu ilə məsləhət edilmədiyi söylənən başqa bir tənqiddir. Məhdud insanların iştirakı ilə keçirilən bu iclas doğru addım sayıla bilərmi?
Cavab: Əlbəttə, Kopenhagendə keçirilən iclas parlamentin yaranmasına bir növ başlayış nöqtəsi sayılır. Bu iclasda bir məsul heyəti yaranıb, demək olar, bir iş qrupu yaranıb və bu iş qrupu çalışacaq demokratik prinsipləri əsas götürüb, çox sayda milli fəalların iştirakı ilə parlamentin yaranmasına zəmin yarada. Əlbəttə, siz bunu nəzərə almalısınız ki, bu parlaman sürgündə yaranır və İranın mərkəzi hökuməti onu öz varlığına zidd bilir. Elə buna görə də, İran hökumətinə aid olan informasiya vasitələri, o cümlədən, Azəriha sayti bu iclasın iştirakçıların Türkiyənin casusları kimi təqdim etmişdir. Bildiyiniz kimi, İranın daxilində xarici ölkələrə casusluqda ittihamlanan adamlar hətta edamla cəzalana bilərlər. Hətta İran rejimi bəzi müxaliflərinə bu ittihamı vurub xarici ölkələrdə onlara terror edib. Bu aydın faktı nəzərə alaraq başa düşməliyik ki, İran rejimin terror basqısı həqiqi dünyada insanların bir yerə yığışıb iclas keçirməsi məhdudlaşır. Hər halda mən Kopenhagendə yaranan məsul heyətdən xahiş edirəm ki, sürgündə parlament yaranma prosesində çalışa ki milli fəallar çox sayda iştirak edələr. 
Sual: Keçmişdə yaxınlaşdırıcı və ya uzlaşdırıcı rol oynamamış insanların bu işdə iştirakı və müdaxiləsinin, sizcə, necə bir təsiri olacaqdır?
Cavab: Mənim firkimcə, əgər müsbət təsiri gözləyirik, bunu nəzərə almalıyıq ki, müsbət təsir insanların təxəssüsündən asılıdır. Mən ümüd edirəm ki, bu parlamentin yaranma prosesində iş bilən insanlar fəalcasına iştirak edələr. 
Sizcə, parlamentin qurulmasında Quzey Azərbaycanlıların rol oynaması müsbətdir, yoxsa mənfi təsir edə bilər?
Cavab: Bu parlamentin üzvüləri və təşkilatçıları ancaq Güney Azərbaycanlılar olmalıdırlar. Təbiidir, Quzey Azərbaycanlılar və ya digər millətlərin bu parlamentdən mənəvi və təbliğati yardımları müsbət haldır.
Sual: Toplananlar arasında yeni nəsil və qadınlardan hər hansı birinin olmaması haqqında fikriniz nədir? Sizcə, dəvətlilərin seçimini edənlərin bəlli meyarı olmuşmu?
Cavab: Güney Azərbaycanda cəmiyyətin əksəriyyətin cavanlar təşkil edirlər və qadınlar da milli zülmdən əlavə, cinsi zülmə məruz qalırlar. Onlar da toplumun yarısın təşkil edirlər. Elə buna görə də yeni nəsil və qadınların bu növ toplantılarda iştirakı vacibdir. Amma, bu toplantının bir özəlliyi də var, o da bundan iabrətdir ki, parlamentin yaranmasına gərək elə adamlar seçilələr ki, yüksək səviyyədə təşkilatçılıq qabiliyyətləri ola. Mənim fikrimcə, Kopenhagendə yığışanların əsas məqsədi bir iş qrupu yaratma olub və ona görə də adamları seçəndə onların təşkilatçılıq qabliyyətləri əsas rol oynayıb. Mənim firkimcə, Güney Azərbaycanın parlamentində gərək ki yeni nəsil və qadınların nümayəndələri fəal iştirak edələr.
Sual: Kopenhagendə iştirak edənlərin bir sırası parlament qurulmayıb, təşəbbüs qrupu yaradılıb deyirlər. Bir halda ki verilən bəyanatda "15 mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində toplaşan Güney Azərbaycan siyasi mühacirləri, Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını elan edirlər. Və Güney Azərbaycan Dövlətinin hüquqi statusunun müəyyən edilməsi məsuliyyətini Mühacir Parlamenti öz üzərinə götürür" deyə yazmışdılar. Belə deyilsə, sizcə, niyə xəbərə düzəliş edilməyib və təqsib vermirlər? Bu bəyanatla sonrakı danışıqlar arasında ziddiyyət deyilmi?
Cavab: Mən fikir edirəm, siz haqlısınız. Bu ziddiyyətli məqamla əlaqədar izahat verilməlidir. Bu camaat arasında çaş-baş yaradır. Hər halda bu iclas vasitəsi ilə bir təşəbbüs qrupu yaradılıb ki Güney Azərbaycanın Parlamentinin yaranmasına zəmin yarana. Mən konkret olaraq bu barədə deyə bilərəm ki, Firudin Pərvizniya bəylə telefon vasitəsi ilə danışdım, o, xatırlatdı ki, yaxın gələcəkdə parlamanın yaranması ilə əlaqədar bir geniş iclas keçiriləcək və məndən də xahiş etdi ki, bu iclasda fəal iştirak edəm.
Sual: Bəzilərinə görə, Milli Hərəkatın xaricdəki qolunda parlament quracaq bir siyasi yetkinlik yoxdur. Doğrudan da, xaricdəki siyasi aktivistlərin bir-biri ilə əlaqələrinin necəliyi siyasi yetkinliyin olmamasıni deməyə bir səbəb sayılmır?
Cavab: Təbiidir, xaricdə yaşayan aktivistlər arasında yaxın əməkdaşlıq və kollektiv işin olmamağı millətimizin üstündə mənfi təsir buraxır. Amma mən bu fikirdən razı deyiləm ki, xaricdə yaşayan milli fəalların parlament yaratmağa siyasi yetkinliyi yoxdur. İcazə verin bunu əməldə təcrübə nişan versin. 
Sual: Xaricdə parlament məsələsində hansı uğursuzluq və uğurlu təcrübələr vardır?
Cvab: Bizim içimizdə Güney Azərbaycan Parlamentini yaratmaq həmişə aktual olub. Əgər onun yaranmasına zehni zəmin olsa da, maddi zəmin olmamışdır. Hər halda Danimarkada yığışanlar bu ideyanın həyata keçirilməsinə çalışıblar bir maddi zəmin yaradalar. Uğursuzluqdan danışanda deyə bilərəm uzun zaman bu ideyanı həyata keçirməyə bir müəyyən maddi addım atılmamışdır. Uğurdan danışanda isə deyə bilərəm, bu ideyanın həyata keçirilməsinə bəziləri ciddi çabalara başlayıblar.
Sual: Uğursuzluqların səbəbləri nə olmuşdur?
Cavab: Alimlərin nəzərinə görə, qeyri-demokratik ölkələrdə yaşayan insanlar demokratik rəftara biganə olurlar. Elə buna görə onların arasında kollektiv və demokratik iş aparma çətin olur. Hər halda mən inanıram ki, milli fəallar bu tilsimi sındırıb kollektiv və demokratik iş birliyinə nail olacaqlar.
Sual: Sizcə, tarixi bir uğur qazanmaq üçün nələr edilməlidir?
Cavab: Qədim bir filosofun nəzərinə görə, hər bir insanın dəhşətli düşməni öz bilgisizliyidir. Elə ona görə də, uğur qazanmaq üçün öz siyasi bilgimizi və toplumun siyasi bilgisin artırmalıyıq.
Sual: Sizcə, parlament işlərinin düzgün irəli getməsi və uğurlu nəticələnməsi üçün hansı fərdi qabiliyyətlər və ya hansı prnsiplərə dayanmaq lazımdır?
Cvab: Güney Azərbaycan Parlamentinin yaranması uğrunda fəaliyyət göstərən milli fəalların əksəriyyəti dünyanın azad ölkələrində yaşayırlar. Mənim fikrimcə, gərək biz siyasətdə praqmatik olaq və azad ölkələrin təcrübələrindən faydalanaq. Mən düzgün formada parlamentin yaranmasında fərdlərin təxəssüsü, yəni, iş qabiliyyəti, dialoq və azad seçimin əhəmiyyətli rol oynadığını görürəm.