حقوق بشر

Bu gün Azərbaycan Respublikasında (Quzey Azərbaycanda) hörmətli millət vəkili İqbal bəy Ağazadənin başçılıq etdiyi Ümid Partiyasının olduqca əhəmiyyətli “Cənubi Azərbaycan məsələsi beynəlxalq müstəvidə” adlı bir dəyirmi masa təşkil edilmişdir.

Güney Az
ərbaycan məsələsi və orada yaşanan Azərbaycan türklərinin acınacaqlı mədəni, siyasi-ictimayi və hətta çevrəsəl və iqtisadi ürək ağrısı dolu vəziyyəti hamımızın məlumudur. Yüz ilə yaxın olan fars ilqçı sümürgəçi hakimiyyətlərinə qarşı millətin zaman-zaman müvəffəqiyyətli və zaman-zaman amansızca basdırılmış və qana boyanmış müvəffəqiyyətləri və lakin davam edən mübarizəsi hər birimizin məlumudur. Müasir dünyada hələ indidə 35 milyondan çox bir millətin öz ana dilində bir dənə belə olsun məktəbinin olmaması və bu haqda tələblər İran hakimiyyəti tərəfindən dustaq, işkəncə və ölüm cəzası ilə cavablanması artıq 21-ci əsrin qara yarası və utanc verici həqiqətinə çevrilib.



T
əbii ki, bu qısa müraciət məktubu bu haqda bitməyən tarixi faktaları açıb araşdırmağa imkan verməz, amma belə əhəmiyyətli yığıncağa təşəbbüs göstərmək bir başa sübut edir ki, dəyərli yığıncaq iştirakçıları bu haqda olduqca ətraflı məlumat və kifayət qədər mövzuya əhatələri vardır.

Biz
əvvəlcə sizdən bizi Birlik təşkilatı olaraq belə bir vacib və əhəmiyyətli yığıncağa dəvət etdiyiniz üçün çox təşəkkür edirik. Imkanlarımızı qısıdlı olması və avropadakı Üzvlər bu qısa zamanda ora gəlib yığıncağa qatılmaları mümkün olmadığı içün bu vasitəilə sizə sayqılarımızı ilətib və müvəffəqiyyət dolu bir tədbir keçirilməsin arzu edirik.
Guney Az
ərbaycanin Azadlıq və xoşbət bir gələcəgi uğrunda sizinlə ortaq yolumuzun olmasın birdə vurğulayıb bu və buna bənzər təşəbbuslərinizin və onun nəticələri partiyazın adını daşıyan böyük Umud ilə izləyirik.

Umid ki, Ümid Partiyasının bel
ə bir əhəmmiyyətli təşəbbusları başqa Azərbaycan Respublikasında faaliyət göztərən partilərin və hakimiyyətdə olanların diqqətini bu tarixi və olduxca vacib məsələyə cəlb etsib və biz təkrarən belə masaların və yığıncaqların şahidi və zamanımız olduxda gələcəkdə iştirakçısı olaq.

Simin S
əbri
Güney Az
ərbaycanın Milli Demokratik Birliyi )Birlik( (partiyasının spikeri)

Norvec 9 fevrl 2013
Oxunma sayı: 297