اخبار

Le Monde üçün Dağlıq Qarabağdan birbaşa fransız jurnalist yazır:Le Monde 1

Əlriza Ərdəbilidən qıssa bir izah:

Le Monde-un Qarabğada Erməni quvvələri tərəfində fəaliyyət edən Par Rémy Ourdan-adlı müxbiri, Şuşa ərafında gedən müharibələrdə Müzəffər Ordumuzun nə durumda olmasını şərh edir. Aşağıdakı xülasənin Le Monde-un orijinal mətnilə uyuşmasını sayqı dəyər Maşallah Rəzmi təyid edir. Fotoşəkillərdə erməni cinayətkar dədstənin başkəsənlərinin sifətlərindən yağan məyusluğa diqqət edin.(İzahın sonu)


Qarabağ münaqişəsinin açarı "Şuşa döyüşü" ən şiddətli məqamına çatmaqdadır

  • Azərbaycan gücləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Orada döyüşlər onların xeyrinə davam edir.
  • Şuşanın müdafiəçiləri paramparçadır. Hərbi təcili tibb maşınlarının arxasında üst-üstə yığılıblar, Stepanakertə onlarla qanlar içində, son nəfəslərində olan yaralı əsgərlər gəlirlər.
  • Digər erməni əsgərləri dağdan dəhşət və qorxu içərisində üzüaşağı düşürlər... Bir də döyüşə yenidən atılacaqları naməlumdur.
  • Yolboyu snayper və artilleriya atəşləri altında erməni əsgərlərin tələm-tələsik tərk etdikləri əsgər əşyaları gözə dəyir.
  • Bu darmadağın olunma gününə çox bənzəyir. Stepanakertdə hakimiyyətin inkar etməsinə baxamayaraq 6 noyabr cümə günündən etibarən döyüş azərbaycanlı güclərin xeyrinə dönməyə başlayıb.



Xankəndi xəstəxanası

  • Bir həftədir azərbaycanlı güclər Şuşanın bir top atışı məsafəsində olan qapılarına dirəniblər.
  • Əsas cəbhə Daşaltı kəndinin yuxarı meşələrində donub qalıb, orada döyüşlər çox sərt şəkildə baş verib.
  • Üç gün ərzində azərbaycanlı xüsusi təyinatlı qüvvələr Şuşaya aparan yola şəhər müdafiəçilərinin gücünü yoxlamaq üçün gecə basqınları ediblər. Məhz bu hücumlara görə Xankəndini İrəvana bağlayan əsas yol 4 noyabrdan etibarən bağlanıb.
  • Bu şəhər hər iki icma tərəfindən Qarabağın Qüdsü (Yerusəlim) hesab edilir və dini-siyasi simvolu/rəmzi çox böyükdür, digər tərəfdən bu şəhər Xankəndinə baxan və nəzarət edən strateji əhəmiyyətini qoruyur.
  • "Azərbaycanlılar Şuşaya çatıblar, küçələrdə kalaşnikovlarla döyüşlər gedir", bunu Xankəndində əlillər üçün arabada oturmaqdan imtina edən və ayağından yaralanan, bağırmamaq üçün çənəsini tutmuş əsgər deyir. Bu yaralı əsgərin ətrafında xaos hökm sürür. Bu ərəfədə sırf güllə ilə yaralanmış 7 nəfəri gətirən yük maşını gəlir.
  • Düzdür bomba zərbələri çox şiddətlidir, lakin yaralıların halı göstərir ki, əsasən qısa məsəfali üzbəüz döyüşlər gedir.
  • Təcili yardım maşınları saysız-hesabsız gediş-gəliş edirlər. Yaralı əsgərlər bir-birinin üzərinə qalaq-qalaq yığılıb. Bu təcili tibbi yardım maşınları bir nəçə gün əvvəl Daşaltından hər bir saatdan bir yaralı erməni əsgərləri gətirirdilərsə, indi hər 10 dəqiqədən bir ambulanslar gəlməkdədir.
  • Mən möcüzə nəticəsində qurtuldum, boynunu güllə sıyırıb keçmiş erməni yaralı əsgər deyir. Qardaşım ilə Şuşanın şimalında vuruşurdum, Xankəndi yolunda. Hücum o qədər şiddətli idi ki, geri çəkilməli olduq. Azərbaycan snayperləri isə ona Xankəndinin 4 kilometrliyində güllə atıblar. Bu isə ona işarədir ki, şiddətli bombalar altında inildəyən Xankəndi artıq Azərbaycanlı güclərin hücumundan sığortalanmayıb.

Le Monde 2
Döyüş zamanı yaralanan əsgər. Soldakı görüntü ANNA reportajı, sağdakı isə Le Monde çəkib

  • Xəstəxanaya gələn bəzi kişilər üçün müharibə artıq bitib. Onlar üçün yeganə çıxış yolu təcili cərrahiyə əməliyatı olmaq üçün şimaldan olan yol ilə (Kəlbəcər) İrəvana göndərilməlidir. Laçın yolu isə bağlıdır.
  • Hovik kimi digər erməni əsgərlər üçün isə döyüş davam edir. Çox qaraqabağ baxışı olan bu Diaspora ermənisi Soçi şəhərindən Qarabağdakı müharibə üçün gəldiyini söyləyir. Öz hərbi təcrübəsinin hardan gəldiyini demir, ancaq (çox təəcüblüdür ki) o erməni xüsusi təyinatlı qoşunlarına birbaşa qatılıb. Sağ əlindən yaralanan bu əsgər bir siqaret çıxardıb tüstülədir.
  • Əmin bir səs ilə xəstəxanada olan Hovik deyir ki, onun xüsusi təyinatlı birləşmədən olan dostları xəstəxanada qalmalı olsa da, o yenidən döyüşə yollanır. Tibb bacısı onun qollarının sarğısını bağlayan kimi əyninə yeni bir uniforma geyinib xəstəxanadan qaçıb gedir. Deyir ki, o digər yerlərindən də yaralanıb, lakin həkimlərdən o yaraları gizlədir, yoxsa onun yenidən cəbhəyə getməsinə mane olarlar.
  • Soçi şəhərindən olan Hovik dostlarına deyir ki, ona yeni bir maçin versinlər ki, onu ön cəbhəyə aparsınlar. Maşın yoxdur cavabı qarşısında Hovik Xankəndində hələ də taksinin olub-olmamasını soruşur. Nəhayət xüsusi kontaktlar sayəsində bir polis nəfəri onu yenidən Şuşa yoluna qədər aparmağa razı olur. Hovikin silahı yoxdur, lakin o ümid edir ki, yolda yaralanmış ilk əsgərin silahını götürəcək.

  • Dağlıq Qarabağın 90-cı illərin artileriya və silahları ilə vuruşan müdafiəçiləri həm sayca həm da texnoloji olaraq dronlar, havadan tam dəstək mexanizmləri, həm də xüsusi təyinatlı qoşunları olan üstün olan düşmənə qarşı vuruşur.
  • Xankəndində isə deyirlər ki, Şuşa döyüşü çətindir, ancaq uduzulmayıb. Şuşanın meri Artsvik Sarkisyan isə səngərdən telefon ilə cavab verir : "Şuşanı itirməyəcəyik, bu ağla gələn şey deyil, bu gün çoxlu düşmən öldürmüşük, sabah da daha çoxunu öldürəcəyik".
  • Döyüş sədaları altında qalın bir duman dağı bürüyüb və Xankəndinin yuxarılarında isə qəribə bir sükut var. Sonra gecə birdən bombalar yenidən yağmağa başlayır, Şuşanın ətrafında bombalar partlamağa başlayır.
  • Özünün son sakinlərindən narahat olan Xanəndinin bayırlarında isə artıq pulemyot səsləri eşidilir. Duman çəkilir, səhər açılır, bir erməni hərbçi fikrini dağıtmaq üçün havaya atəş açır, ola bilsin ki, düşmən artıq paytaxtın qapılarındadır.

 Mənbə:
https://www.lemonde.fr/international/article/2020/11/07/la-bataille-de-chouchi-cle-du-conflit-au-haut-karabakh-fait-rage_6058893_3210.html?fbclid=IwAR1epGjQZhLXXAZpLh-NYew0ohIuLI53JSTghV6BId47bqPhipDhwQBqmnI